Trampdan daha bir TikTok açıqlaması
ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi “TikTok” ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.
TED.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı jurnalistlərə açıqlamasında bu barədə bildirib.
“Müqavilə hazırlanır. İlkin razılıq vermişəm. Tam təhlükəsizliyimiz olmalıdır”, - o deyib.
Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla “TikTok”un sahibi olan Çinin “ByteDance Ltd.” şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib, yəni noyabrın 12-dək prosedurlar tamamlanmalıdır.
TikTok-un ABŞ-dakı əməliyyatları ilə bağlı saziş Çin tərəfdən də təsdiq tələb edir. ByteDance Trampın TikTok amerikalı istifadəçilərinin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını aradan qaldıracağına ümid etdiyi təklifi ABŞ səlahiyyətlilərinə təqdim edib.
Bu təklifə əsasən, ByteDance TikTok-un əməliyyatlarını yeni şirkətə - TikTok Global-a həvalə edəcək. O da servisin ABŞ-da və Çin istisna olmaqla, dünyanın digər ölkələrində xidmətindən məsul olacaq. Oracle və Walmart ümumilikdə TikTok Global şirkətinin 20%-ni əldə edəcək. Oracle yeni şirkətin 12,5%-ni alacaq və servis bulud saxlama xidməti təminatçısı olacaq, Walmart isə TikTok Global şirkətinin 7,5%-ni əldə edəcək və elektron ticarət və ödəniş xidmətləri daxil olmaqla, bir sıra sahələrdə onun tərəfdaşı olacaq. TikTok Global-ın 80%-nə sahib olacaq ByteDance-ın 40%-nin amerikalı investisiya fondlarına məxsus olduğunu nəzərə alsaq, Oracle və Walmart-ın payları ilə birlikdə TikTok Global ABŞ-dan olan investorlar tərəfindən idarə olunacaq.
TikTok Global-ın ABŞ-da 25 mindən çox yeni iş yeri yaradacağı və büdcə üçün 5 milyard ABŞ dollarından çox vergi ödənişi təmin edəcəyi gözlənilir.
Dünya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












