“Bakı şəhəri üzrə avtomobil dayanacağının qiyməti 30 qəpikdən başlanmalıdır” - MÜTƏXƏSSİS
“Avtomobil dayanacağı ilə bağlı əsaslı problem paytaxtdır. Çünki burda həm əhali, həm də avtomobil sayı çoxdur. Avtomobil dayanacağı problemini həll etmək üçün ilk növbədə Bakı şəhərindəki nizamsız və qaydasız şəkildə həyata keçirilən tikinti məsələləri qaydasına salınmalıdır. Bu gün Bakı şəhərində tikinti özbaşnalığı hökm sürür. Elə məhz bu tikinti özbaşnalığı nəticəsində paytaxt şəhərdə avtomobil dayanacaqlarının təşkili problem yaradır”.
Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Eldəniz Cəfərov bildirib ki, dayanacaq problemini həll etmək üçün ilk növbədə Bakı şəhərindən tikinti məsələsinə xüsusi standart tətbiq edilməlidir: “Xüsusi tələblər tətbiq edilməlidir. Tələblər ondan ibarət olmalıdır ki, Bakı şəhərində və onun çevrəsində hündür mərtəbəli binaların tikintisi zamanı işçi və yaxud da sakinlərin sayına, hətta ondan artıq sayda dayanacaqların olması vacib bir şərt kimi irəli sürülməlidir. Bütün alış-veriş mərkəzləri, ticarət və biznes mərkəzləri və dövlət idarələrinin hamısına bu qərar tətbiq edilməlidir. Bu standart Bakı şəhərində tətbiq edilsə, az da olsa parklanma məsələsinin öhdəsindən gələ bilərik. Bu tələblərə cavab verə bilməyən şirkətlər binanın tikintisi zamanı, avtomobil dayanacağı məsələsini həll edə bilmirsə, zəhmət çəkib ticarət mərkəzi və binalarını şəhərdən kənarda tiksin”.
Mütəxəssis qeyd edib ki, Bakı şəhərinin əhalisi günü-gündən artır: “Təbii ki, nəqliyyat vasitələrinin sayı da artır. Bu gün bizə 10 dayanacaq yeri, sabah isə daha 20 avtomobil dayanacaq yeri açmaq lazımdır. Avtomobil dayanacağının ödənişli olması, əlbəttə ki, vacibdir. Sadəcə qiymətlər yüksək olmalı deyil. Simvolik qiymətlər olmalıdır, tənzimlənməlidir. Bu gün Bakı Nəqliyyat Agentliyi dayanacaqlarla bağlı xüsusi layihələr hazırlayır. Hətta modul tipli dayanacaqların hazırlanması ilə bağlı təklifləri var və bu layihə üzərində işlənilir. Görünür ki, müvafiq qurumlarla razılaşdırmalar aparılmalıdır. Amma buna baxmayaraq, dayanacaq məsələsində yenə də özbaşınalıq hökm sürür. Kim istəsə özü üçün yol kənarını zəbt edib orda avtomobilini park edir. Burda da qiymətlər təxminən 1 manat civarındadır və bu olduqca yüksək rəqəmdir. Qiymətlər belə olmamalıdır. Bakı şəhəri üzrə avtomobil parklanma qiyməti 30 qəpikdən başlanmalıdır, 30-50 qəpik civarında ola bilər. Amma bir manat olduqca yüksək rəqəmdir. Bu məsələyə də diqqət yetirilməlidir”.
“Onun da qeyd edim ki, Bakı şəhəri üzrə avtomobillərə tətbiq ediləcək, yeni müxtəlif parklanma qiymətlərin əleyhinəyəm. Avtomobil dayanacağının Bakı şəhəri üzrə fərqli qiymətdə olmağı düzgün deyil. Əgər qiymətlər eyni olmasa, o zaman bu müxtəlif manipulyasiyaya gətirib çıxaracaq”, - deyə E.Cəfərov əlavə edib.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

