Rəqəmsal iqtisadiyyat hansı riskləri yaradır? – ŞƏRH
“Bu gün rəqəmsal iqtisadiyyatın inkişafı dünya miqyasında trend təşkil edir. Rəqəmsal iqtisadiyyat iqtisadi inkişafa çox böyük imkanlar yaradır. Lakin rəqəmsal iqtisadiyyatın müəyyən çağırışlar və riskləri də mövcuddur. Onların da nəzərə alınmasına ehtiyac var. Çağırışlar və risklər dedikdə isə ilk növbədə kiber cinayətlərdən danışmaq lazımdır. Həmçinin yalnız bizim ölkədə deyil bir neçə dövlətdə rəqəmsal iqtisadiyyat bütövlükdə qanunvericilikdən öndə gedir”.
Bunu TED.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov deyib.
Elşad Məmmədov bildirib ki, qanunvericilik bazasını rəqəmsal iqtisadiyyata uyğunlaşdırmaq lazımdır: “Bu məqam bir çox ölkələrdə, eləcə də Azərbaycanda təəssüf ki, çətinlik yaradır. Qanunlarda nəzərdə tutulmayan istiqamətlər üzrə rəqəmsal xidmətlərin göstərilməsi müəyyən problemlərin yaradılmasına gətirib çıxarır. Eyni zamanda, rəqəmsallaşma sosial baxımından da müəyyən problemlər yaradır. Məsələn, bir neçə istiqamət və peşələr bütövlükdə aktuallıq baxımından bazardan çıxarılır. Bu da iş yerlərinin bağlanması və müəyyən sosial problemlər deməkdir. Rəqəmsal iqtisadiyyatın daha bir riski insanların şəxsi həyatının nəzarətə götürülməsidir. Rəqəmsallaşma şirkətlərə, operatorlara, dövlətlərə insanların xərcləri ilə bağlı, eləcə də hansısa bir şəxsi məlumatların əldə olunması baxımından imkanlar açır. Məncə, burada dövlət mütləq şəkildə müdaxilə edib, bu kimi halların qarşısını almalıdır. Qeyd etdiyim problemlərin aradan qaldırılması mümkün olduğu halda, rəqəmsallaşma iqtisadi inkişafa böyük təkan verəcək”.
“İqtisadi idarəetmədə yol verilən boşluqlar, nöqsan və problemlər bir çox hallarda ölkə üçün rəqəmsallaşmanın problemlərindən daha böyük problem yaradır. Vurğuladığım məqamla bağlı dövlət effektiv tədbirlər görə bilsə, rəqəmsallaşma milli iqtisadiyyatımız üçün böyük faydalar verə bilər”, – deyə iqtisadçı mütəxəssisi əlavə edib.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












