Kosmik Məsələlər üzrə Şura yaradıldı
Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb.
TED.az xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə Qərar verib.
Qərarla “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılıb, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilib.
Azərbaycan Respublikasında kosmik sənayenin inkişaf etdirilməsi, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübəni öyrənilməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflərin verilməsi məqsədilə qeyd olunan Şura yaradılıb.
Əsasnaməsində Şuranın funksiyaları, hüquqları, strukturu və fəaliyyətinin təşkili müəyyənləşdirilib.
Əsasnaməyə əsasən, Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir və Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Şura kosmik sahədə həyata keçirilən proqramların və görülmüş işlərin monitorinqini aparır, normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinİ və nəticələrinin təhlil edir, habelə onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və aidiyyəti qurumlara (orqanlara) müvafiq təkliflər və tövsiyələr verir. Kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.
Bu Qərarla Şuranın tərkibinə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Azərbaycan Respublikasının Maliyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru və Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi daxil olunub.
Şuraya rəhbərlik Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilmiş sədr tərəfindən həyata keçirilir.
TED + bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Oppo Reno 15 Pro Mini Gəlir!
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


