Ədliyyə Akademiyasında mediatorların iştirakı ilə onlayn tədbir
Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmiş mediatorların iştirakı ilə videokonfrans formatında tədbir keçirilib.
TED.az xəbər verir ki, tədbirdə Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas və Mediasiya Şurasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Ruslan Mirzəyev çıxış ediblər.
Natiqlər mediasiya institutunun tətbiqindən, bu sahədə beynəlxalq təcrübədən bəhs edib, ilk mediatorların qarşısında duran vəzifələrdən danışıb, onlara uğurlu fəaliyyət arzulayıblar.
Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində, məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiyanın tətbiqi üzrə önəmli addımlar atılıb, o cümlədən "Mediasiya haqqında Qanun" qəbul edilib, həmin qanuna və dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq Mediasiya Şurası yaradılıb.
Bu sahədə Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində mediasiya üzrə təlimçilər hazırlanıb, Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Şuraya üzv qəbul olunub və beynəlxalq ekspertlər cəlb olunmaqla mübahisələrin alternativ həlli üzrə təlimçilərinin təlimi təşkil edilib.
Akademiya tərəfindən "Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası"na uyğun olaraq mediator olmaq istəyən şəxslərin ilkin hazırlıq kurslarına başlanılıb.
Kurslarda beynəlxalq ekspertlər Ruslan Mirzəyev və Adi Gavrilla tərəfindən mübahisə nəzəriyyəsi, mübahisənin təhlili və dinamikası, mediasiyanın əsasları, mübahisələrin alternativ həlli, mediasiya prosesi və mərhələləri, mediasiyanın əsas prinsipləri (konfidensiallıq, bitərəflik/müstəqillik, qərəzsizlik, könüllülük) və digər aktual mövzular tədris olunub, praktiki məşğələlər keçirilib.
Kursun yekunu üzrə müvafiq imtahan keçirilərək 49 nəfər uğur qazanıb və onlar "Mediatorların ilkin hazırlıq kursu"nu bitirməklə bağlı sertifikata layiq görülüblər.
Ədliyyə Akademiyası tərəfindən mediator olmaq istəyən şəxslərin sənədlərinin qəbulu davam etdirilir və Avropa İttifaqının dəstəyi ilə müraciət etmiş növbəti qrup namizədlərin təlimlərə cəlb olunması, habelə respublikamızın bütün regionlarında mediasiya üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











