Azərbaycan şirkətləri onlayn sferada hansı marketinq xidmətlərinə ehtiyac duyur? - EKSPERT
“Bəzən şirkət onlayn marketinqin bütün xidmətlərindən istifadə etsə də, hesabatlılıq olmur. İşin biznes analitika tərəfi, hesabatlılıq mütləqdir”.
Bu sözləri TED.az-a açıqlamasında rəqəmsal marketinq üzrə mütəxəssis Əfsun Qurbanov deyib.
O, ölkəmizdə onlayn marketinqlə bağlı şirkətlərə ən çox lazım olan, amma marketoloqların gözlərindən qaçan məqamlar barədə danışarkən bildirib ki, hazırda bütün bu tip xidmətlərə ehtiyac var: “Ən başlıcası, ümumi rəqəmsal marketinq baxışı lazımdır. Əsas olan rəqəmsal marketinqin özünün xidmətidir. Məsələn, şirkətlər müstəqil SMM, Google Apps xidməti alsalar da, bir strateji boşluq var. Yəni, iş xaotik gedir. Rəqəmsal marketinq yanaşması, ümumiləşdirən mərkəzi koordinasiyanın mövcudluğu yaxşı olardı. Sosial media marketinqi, influencer marketinq, axtarış platformalarında reytinqin yüksəldilməsi, Google Adds və digər platformaların axtarış reklamları nəzərdə tutulur. Həmin reklamlar üzrə xidmətlərə ehtiyac var. Displey Netvork adlanan displey reklamların yer aldığı Google Adds və digər platformaların idarə edilməsində də boşluq hiss olunur. Kontent marketinq də belə sahələr sırasındadır. Bu, şirkətlərin böyüklüyü, gücü və büdcəsindən də asılıdır”.
Ə.Qurbanov vurğulayıb ki, biznes analitikə ehtiyac da çoxdur: “Bəzən şirkət onlayn marketinq xidmətlərinin hər birindən yararlansa da, hesabatlılıq olmur. Xərclənən pulun qarşılığında şirkət nə əldə edib? Satışa təsiri olubmu? Statistikalar necə inkişaf edib? Bunlara bir nəzarət mexanizmi yoxdur. Xidmət alarkən də buna çox diqqət etmirlər. İşin biznes analitika tərəfi, hesabatlılıq mütləqdir. İçə və çölə marketinq texnologiyalarından da yerində istifadə edilməlidir. Bundan əlavə, şirkətin mobil tətbiqi varsa, ona uyğun xidmətlər ala bilər”.
Ekspert boşluqları doldurmağın yollarını belə izah edib: “Şirkətin məvacib ödəmə gücü varsa, əməkdaş işə götürməli, mərkəzi nəzarəti içəridə qurmalıdır. Buna gücü çatmırsa, məsləhətçi köməyindən faydalana bilər. Amma nəzarət mütləqdir. Şirkətin bu istiqamətdə təcrübəsi yoxdursa, işi görən özü-özünü kontrol edə bilməz və nəzarət mexanizmi kənarda olmalıdır”.
Lamiyə SÜLEYMALI
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











