Artıq su ilə bağlı problemləri həll etmək elə su içmək kimi asandır – “Azərsu” ASC-nin elektron xidmətləri
Vətəndaş-məmur münasibətlərinin minimumlaşdırılması və daha sağlam prinsiplər üzərində qurulmasını təmin edən elektron xidmətlər bütün qurumlar üçün prioritet istiqamətlərdəndir.
Canlı aləmin varlığında böyük rolu olan və ikinci həyat adlandırılan “Su” ilə bağlı problemlərin daha tez və şəffaf şəkildə həll edilməsi, yüksək səviyyəli xidmətin təqdim olunması üçün bu sahədə elektron xidmətlərin mövcudluğu daha vacibdir.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının TED.az-a söylədiklərinə görə, hazırda qurum 19 elektron xidmət təklif edir: “Su sayğaclarının quraşdırılması, ploblanması, su borcunun internet üzərindən öyrənilməsi və ödənilməsindən tutmuş abonent məlumatlarının dəyişdirilməsi, ünvan məlumatlarının dəqiqləşdirilməsinə qədər bir çox xidmətlər elektronlaşdırılıb. Həmçinin vətəndaş abonent kodu, sayğac haqqında məlumatlar və fotoşəkil göndərməklə "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturasının formalaşdırılması" xidmətindən yararlana, I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışı elektron formada ala bilərlər”.
LİNK: “Azərsu” ASC-nin elektron xidmətlərinin tam siyahısı
Anar Cəbrayıllı su ilə bağlı müraciətlərin də elektronlaşdırıldığını bildirdi: “Borcun araşdırılması, su nümunələrinin yoxlanılması, sayğacların təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi, tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciətlər elektron formada qəbul edilir”.
O, həmçinin bildirdi ki, bu elektron xidmətlərin bir çoxu yeni istifadəyə verilən Elektron Su Portalında (e-su.az) yerləşdirilib.
Günel QURBANOVA
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












