AZ

Bosch ən sürətli koronavirus testini hazırladı

df56a9c14afa785df9b7b8611cf96f93.jpg
25.09.2020 20:50

Almaniyanın Bosch konserni koronavirus infeksiyasının aşkar olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb.


TED.az-ın məlumatına görə, bu test zamanı nəticəni 39 dəqiqə sonra öyrənmək mümkün olacaq.


Qeyd olunur ki, bu test hazırda dünyada ən sürətli polimeraz zəncir reaksiyası (PZR) testidir.


Bu sistem avtomobil yollarında və hava limanlarında səyyar test mərkəzlərində istifadə üçün nəzərdə tutulub.


Bosch-un hazırladığı testin diaqnoz dəqiqliyi 98 faizə bərabərdir. Şirkət istehsal gücünü 1 milyon testədək artırmağı planlaşdırır.

TED + bölməsindən digər xəbərlər

Daha çox