AZ

Müdafiə Nazirliyinə mətbuat katibi təyin edildi - FOTO

74c30c733a0b92dacb22f1d03bb1249b.jpg
26.09.2020 17:45

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.


Bu barədə TED.az-a nazirlikdən məlumat verilib. 


Müdafiə nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.


Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən, KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox