Azərbaycan Ordusunun silahlanmasında yer alan TOR zenit-raket kompleksi – Eyni vaxtda 4 hədəfə atəş aça bilər
16.10.2020 12:15
Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin siyahısında yer alan TOR silahı istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Bu sistemin 3K95 Kinjal adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 Gauntlet adlanır.
TOR, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemi hesab olunur. 1980-ci illərdən silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur.
Kompleksin modernizasiya edilmiş variantı olan Tor-M2 müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Bu ilin yanvar ayının 8-də yerli vaxtla saat 06:44-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun HHM qüvvələrinə məxsus Tor M-1 raket sistemi tərəfindən Tehran İmam Xomeyni beynəlxalq hava limanından qalxan və Tehran-Kiyev reysini həyata keçirən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 sərnişin təyyarəsi yerdən 2400 metr yüksəklikdə vurulub. Hadisə nəticəsində 176 nəfər, o cümlədən 9 nəfər heyət üzvü həlak olub. İran rəsmiləri hadisədən 3 gün sonra 11 yanvar tarixində hadisənin "insan səhvi nəticəsində" baş verdiyini etiraf edib.
Hazırda TOR zenit-raket kompleksi Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Yunanıstan, İran və bir neçə başqa ölkənin ordu arsenalında yer alır.
TED.az TOR zenit raket kompleksinin xüsusiyyətlərini təqdim edir:
Ağırlığı: 34 ton
Sürət: 65 km/s
Əsas silah: 9M330, 9M331 raketi
Uzunluğu: 7.5 m
Eni: 3.3 m
Hündürlüyü : 5.1 m
Ekipaj: 3 nəfər
TED + bölməsindən digər xəbərlər
Daha çox
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
29.09.2026
09:29
Bakcell-də hədiyyə mövsümü başladı
24.09.2026
16:29
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
17.09.2026
12:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15.09.2026
10:26
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
09.09.2026
22:39
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
09.09.2026
22:32
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
08.09.2026
14:40
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
03.09.2026
16:36
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
01.09.2026
20:24
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
28.08.2026
13:20
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
24.08.2026
09:46
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
20.08.2026
18:11
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
15.08.2026
11:52
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
11.08.2026
17:29
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
10.08.2026
17:34
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
05.08.2026
16:24
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
04.08.2026
11:44
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
24.09.2026
16:29
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
29.09.2026
09:29



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












