Plutonda metan qarı aşkarlandı
NASA-nın alimləri və planetoloqlar Plutonun ekvatorial regionlarının tünd ərazisi olan Ktulxunun fotoşəklində dağ zirvələrini və yüksəklikləri örtən metan qarı aşkar ediblər.
TED.az Rusiya KİV-nə istinadən xəbər verir ki, alimlərin fikrincə, bu ağ örtük planetin düzənliklərindən bir neçə kilometr yüksəklikdə böyük miqdarda metanın toplanması və beləliklə dağ zirvələrində kondensasiya üçün şəraitin yaranması nəticəsində meydana gəlib.
Pluton haqqında məlumatlar 2006-cı ildə kosmosa göndərilmiş New Horizons planetlərarası stansiyanın fəaliyyəti nəticəsində əldə edilib. 2015-ci ilin iyul ayında Pluton sisteminə çatmış New Horizons cırtdan planetdən 13 min kilometr məsafədə uçaraq onun səthinin çoxsaylı fotoşəkillərini çəkib. Həmin şəkillər sayəsində ilk dəfə olaraq Plutonun məşhur “ürəyi” – Sputnik düzənliyi, habelə buzlu çayların və vulkanların izləri qeydə alınıb.
Əldə edilən məlumatlar Pluton haqqında daha maraqlı xəbər verib – onun təkində nəhəng buzaltı okeanın olması mümkündür. Həmin okean cırtdan planetin səthində izləri görünən geoloji proseslərin özünəməxsus hərəkətverici qüvvəsi ola bilər.
New Horizons-un bu kəşfi səbəbindən planetoloqlar arasında diskussiyalar başlanıb. Alimlər bu quruluşun necə yarandığını, uzaq keçmişdə Plutonun görünüşünün necə olduğunu öyrənməyə çalışırlar.
New Horizons elmi komandasının üzvləri NASA-nın Eyms adına Tədqiqatlar Mərkəzindən planetoloq Tanqi Bertranın rəhbərliyi ilə Plutonun daha bir qeyri-adi xüsusiyyətini kəşf ediblər. Onlar Ktulxuda relyefi tədqiq ediblər.
Əvvəlcə planetoloqlar güman edirdilər ki, ağ ləkələr metan buzu yataqlardır. Lakin Bertran və həmkarları izah ediblər ki, Plutonun ekvatorial dağ zirvələri və qayaları təkcə buzla deyil, həmçinin ekzotik metan qarı ilə örtülüdür. Sonuncu birbaşa qaya və dağların səthində yaranır. Planetoloqlar metanın atmosferdə özünü necə aparmasını hesabladıqdan sonra bu nəticəyə gəliblər. Həmçinin nəzərə alıblar ki, metan qazının molekulları günəş şüaları və digər istilik mənbələri ilə qarşılıqlı təsirdə olur. Məlum olub ki, Plutonun ekvatorunda, onun səthindən 2-3 kilometr yüksəklikdə küləklər nəticəsində formalaşan unikal şərait metan buxarından qarın yaranmasına səbəb olur.
Yerdə qar isti hava kütləsinin atmosferin yuxarı qatlarına qalxması nəticəsində yaranırsa, bu proses Plutonda əks istiqamətdə gedir: dağ zirvələrinin və qayaların soyuq səthi ilə cırtdan planetin atmosferinin nisbətən yuxarı qatlarındakı isti hava kütlələri toqquşur.
Alimlər güman edirlər ki, Plutonun Sputnik düzənliyindən şərqə doğru yerləşmiş Tartar silsilələri də bu yolla yarana bilər. Bu dağ regionunun fərqləndirici cizgisi qəribə zirvələrin olmasındadır – onlar göydələnlərə və ya tiyəyə oxşayır. Ola bilər ki, bu zivələr də “yuxarıdan aşağı” böyüyən metan buzu yataqlarıdır.
Elm bölməsindən digər xəbərlər
iPhone Air 2 dizaynı sızdı!
Tesla “MultiPass” xüsusiyyətini Avropada genişləndirir!
Pinterest açıq mənbəli süni intellektlə xərcləri azaltdı
YouTube-un süni intellekt əsaslı yaş təsdiqləməsi narazılıq doğurdu!
Galaxy S26 dizaynı ikonik ola bilərdi, amma Samsung bunu etməyəcək!
Android avtomobilləri süni intellektə qovuşdu!
Apple Watch üçün mübahisəli qərar
WhatsApp-da istifadəçi adı dövrü başlayır: nömrə paylaşımı bitir!
Realme GT 8 Pro kamerası ilə gündəmdə
Facebook saxtakarlıq reklamları vasitəsilə milyardlar qazanır
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Həftənin ən çox oxunanları
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Apple iOS 27 ilə Apple Intelligence-ı Zirvəyə Daşıyır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

