Düşmənin maksimum 300 kilometri hədəf ala biləcək raketləri Xızıya necə düşür? – İZAH
Ermənistanın bir neçə dəfə Abşeron, Xızı kimi ərazilərə atdığı raketlər Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Buna baxmayaraq, uzağı 300 kilometr məsafəni hədəf almaq gücündə olan raketin 500 kilometr uzaqlığa düşməsi çoxlarında təəccüb doğurur.
Həmçinin oxu: Ermənistan kimi quldur və terrorist ölkəyə hədiyyə edilən ballistik raket – Gəncəyə atılan ELBRUS HAQQINDA
Mövzu ilə bağlı TED.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Elbrus raket sistemi maksimum 300 kilometrlik məsafəni hədəf ala bilir: “Həmin raket sistemi Ermənistan ərazisindəki Berd rayonu ilə Kəlbəcərin yaxınlığındakı bir məntəqə arasında yerləşir. Bu ərazidən hava yolu ilə Abşeron yarımadasına olan məsafə, əlbəttə ki, 300 kilometrdən çox deyil. Avtomobil yolu ilə hava məsafəsi eyni ölçülmür. Raket birbaşa hərəkət etdiyi üçün hava trayektoriyası daha qısa olur. Bu təbiidir. Hava Hücumundan Müdafiə qoşunlarımız bu zərbələrin qarşısını alırlar. Hazırda ordumuzun silahlanmasında S-200, S-300, Palorid tipli raket kompleksləri, “Dəmir qübbə” ZRK mövcuddur. Ermənistanın Toçka – U taktiki raket kompleksi 15, 7, 40, 120, Elbrus taktiki raket kopleksi 50-300, İsgəndər isə 50, 350, 400 kilometr məsafədən hədəfə zərbə endirmək imkanına malikdir”.
Hərbi jurnalist Rahib Qərib də raketlərin maksimal uçuş məsafəsinin 300-400 kilometr olduğunu, hava yolu ilə gəlib çatmasının mümkünlüyünü xatırladıb: “Bu taktiki raketlər yalnız ara-sıra lokal müharibələrdə istifadə edilir. Bu, müharibə cinayətidir. Müvafiq qurumlarımız beynəlxalq aləmə məsələ barədə məlumat veriblər. Hətta cinayət işi də açılıb. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb, bunlarda bu qədər pul hardandır? Onlar bahalı raketlərdir. Atılan raketləri, məhv edilən və qənimət kimi götürülən texnikanı toplasaq, bəlkə də, Ermənistanın iki illik büdcəsi edər. Deməli, himayədarlarının rolu var”.
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











