Azadlığa qovuşan VƏTƏN - İşğalda neçə kənd, şəhər və qəsəbəmiz qalıb?
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 27 il erməni işğalı atında olan şəhər və kəndlərimizi azad etməkdə davam edir. Hər gün yeni xoş xəbərlər alırıq. Bəs neçə kənd, qəsəbə və şəhərlərimiz uzun müddət işğal atında qalmışdı və şanlı ordumuz onlardan neçəsini bu günədək azad edib?
200 mindən çox əhalisi olan Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə və 123 kənd var. Son savaşadək Ağdamın yalnız 10 kəndi bizim nəzarətimiz altında idi.
150 minə yaxın əhalisi olan Füzuli rayonunda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd var. 1994-cü ildə 22 kənd və 1 şəhər tipli qəsəbə işğaldan azad olunmuşdu. Son savaşımızadək Füzuli rayonunda 1 şəhər 53 kənd işğal atında idi.
94 min əhalisi olan Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd var.
80 min əhalisi olan Laçın rayonunda 1 şəhər, 1 qəsəbə və 125 kənd var.
80 min əhalisi olan Cəbrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 92 kənd var. Son savaşımızadək rayonun Cocuq Mərcanlı kəndi bərpa edilmişdi.
56 min əhalisi olan Xankəndi şəhərində 1 qəsəbə də var.
45 min əhalisi olan Zəngilan rayonunun 5 qəsəbə və 79 kənd var.
44 əhalisi olan Xocavənd rayonunun 1 şəhər , 2 iri qəsəbə və 81 kəndi var.
40 min əhalisi olan Qubadlı rayonunun 1 şəhər və 93 kənd var.
35 min əhalisi olan Şuşa rayonund 1 şəhər və 31 kənd var.
28 min əhalisi olan Xocalı rayonunda 1 şəhər, 2 qəsəbə, 50 kənd var.
Ağdərə rayonu Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarına əsasən ləğv olunmuşdur. Bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, qərbi isə Kəlbəcər rayonuna verilib.
27 il işğal altında olan rayonlarımızın 11 şəhər, 20 qəsəbə və 894 kəndlərindən bu ilin sentyabrın 27-də əks-hucum başlayanadək yalnız 32 kənd və 1 şəhərinə biz nəzarət edirdik.
Şanlı ordumuzun son uğurlarından sonra bu günədək 3 şəhər, 3 qəsəbə və 146 kəndimiz artıq işğaldan azad edilib.
Rəşadətli ordumuzun azad olunan yaşayış məntəqələri ilə yanaşı bir sıra vacib yüksəkliklərə də nəzarət etdiyini nəzərə alsaq Şuşada bayrağımızın dalğalanacağı gün uzaqda deyil.
Qarabağ Azərbaycandır!
Vüqar Bayramov - Millət vəkili
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












