AZ

Azərbaycanda olan Türkiyə F-16-larının üstünlüyü - SU-25 istehsalçısını narahat edən məqam nədir?

2637c4959c4e85d1a862b49c44ec50b2.jpg
27.10.2020 14:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən xalqa müraciəti zamanı bəhs etdiyi F16 qırıcıları, həm yerli, həm də beynəlxalq mətbuatda yenidən gündəm mövzularından birinə çevrilib.

 

TED.az F-16 qırıcı təyyarələrinin xüsusiyyətlərini təqdim edir: 

 

Bəzən Döyüşən Şahin də adlandırılan General Dynamics F-16 Fighting Falcon döyüş təyyarəsi,  Amerika Birləşmiş Ştatları General Dynamics şirkəti tərəfindən dizayn və istehsal edilib. ABŞ və müttəfiq ölkələrin silahlanmasında yer alan F-16 çoxməqsədli, dördüncü nəsil hərbi təyyarədir. F-16 təyyarələri II Dünya Müharibəsindən bəri Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. 2016-cı ilin iyul ayına qədər bu təyyarədən 4573 ədəd istehsal olunub. Sözügedən qırıcılar B-61 nüvə bombası da daşıya bilir.

 

 

F təyyarələri 1972-ci ildən bəri ABŞ-ın Lokhid Martin korporasiyası tərəfindən istehsal edilir. Hazırda ABŞ başda olmaqla dünyanın 19 ölkəsinin hərbi hava qüvvələrinin əsasını təşkil edir. F-16 xarici ölkələrdə ən geniş yayılmış dördüncü nəsil qırıcılardır. 80-ci illərin əvvəllərindən başlayaraq təyyarələrin gövdəsi radarlara yaxalanma riskini azaldan xüsusi texnologiya əsasında istehsal edilir. F-16 pilotun yerdən 15 min metr yüksəklikdə, 1100 kilometr saat sürətlə uçarkən katapult etməsinə imkan verən oturacaq ilə təchiz edilib. Yüksək manevr qabiliyyətinə malik olan F-16 təyyarələri təyinatından asılı olaraq müxtəlif tipli silah sistemləri, M61-A-1 markalı, dəqiqədə 511 mərmi ata bilən dördlüləli avtomatik top, yaxın hava döyüşü üçün 6 idarəedilən “hava-hava” raketi, habelə yerüstü hədəflərə zərbə endirmək üçün “hava-yer” raketləri, idarəedilən lazer bombaları, hədəfə elektron sistemlə yönləndirilən idarəedilən raketlərlə təchiz edilib. Beləliklə, təyyarə hava döyüşü ilə yanaşı, yerüstü hədəflərə qarşı da effektiv şəkildə tətbiq edilir. Xüsusən minlərlə kilometr yüksəklikdən və uzaq məsafədən yerüstü hədəflərə dəqiq zərbələr endirir. F-16 təyyarələrinin bir neçə versiyası var və istehsalçı şirkət onu müntəzəm olaraq modernləşdirir. 

 

Təyyarələri Lokhid Martin şirkətinin lisenziyası əsasında Türkiyənin TAİ, Belçikanın SABCA və Niderlandın Fokker firmaları da istehsal edir. 

 

 

Bu gün Türkiyə HHQ-nin sərəncamlarında olan 200-dən çox “döyüşən şahin”in bir neçə tipi var. Eyni zamanda, Pakistanın da HHQ-də F-16 təyyarələri yer alır. 

 

Satış qiymətləri:

 

F-16 Fighting Falcon xarici bazarlarda 75-80 milyona təklif edilir. Lakin bura təyyarələr üçün ehtiyat hissələri və silah sistemləri daxil deyil. Lakin tam təchizatda bu təyyarələrin qiyməti 120 milyon dollara qədər yüksəlir.

 

F-16A/B: 14.6 milyon (1998)

 

F-16C/D: 18.8 milyon (1998)

 

F-16E/F: 26.9 milyon (1998)

 

 

F-16I: ~ 70 milyon (2006)

 

F-16A/B: 14.6 milyon (1998)

 

F-16C/D: 18.8 milyon (1998)

 

F-16E/F: 26.9 milyon (1998)

 

F-16I: ~ 70 milyon (2006)

 

Ümumi göstəriciləri: 

 

Ekipaj: 1 nəfər

 

Uzunluğu: 15.06 m

 

Hündürlüyü: 4.88 m

 

Qanad genişliyi: 9.96 m

 

Qanad sahəsi: 27.87 kv.m

 

Boş çəki: 8,570 kq

 

Maksimum qalxma ağırlığı: 19,200 kq

 

Daxili yanacaq çəni: 3,200 kq

 

Mühərrik: 1 ədəd General Electric F110-GE-129

 

Uçuş keyfiyyətləri: 

 

Maksimum sürət

 

Dəniz səviyyəsində: Mach 1.2 (1,470 km/s)

 

Yüksəkdə: Mach 2 (2,120 km/s)

 

Döyüş radiusu: 550 km (4 ədəd 450 kq-lıq bombalarla)

 

Uçuş tavanı: 15,240 m

 

Dırmanma sürəti: 254 m/s

 

Qanadların yüklənməsi: 431 kq/kv.m

 

 

Çəkmə gücünün çəkiyə nisbəti: 1.095 (50% daxili yanacaq və yüklənmiş çəki ilə 1.24)

 

ABŞ-dan sonra ən çox F 16 hərbi təyyarələrindən istifadə edən ölkələr İsrail və Türkiyədir. 270-dən artıq F16 hərbi təyyarəsi Türkiyə Respublikasında istismardadır. İndiyə kimi 4,400-dən çox F-16 ABŞ və 25 ayrı ölkəyə satılıb.

 

F-16 təyyarələri hazırda Bəhreyn, Belçika, Çili, Danimarka, Misir, Yunanıstan, İordaniya, İndoneziya, İsrail,  İtaliya, Mərakeş, Niderland və s. ölkələrin Hərbi Hava Qüvvələrində yer alır.

 

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox