AZ

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən beş min nəfərdir"

95eed6cdb20fe5fb13a047da6d115337.jpg
28.10.2020 19:29

Azərbaycanın məlumatına görə, 27 sentyabrdan Dağlıq Qarabağ münaqişəsi zonasında aparılan döyüş əməliyyatlarının gedişində erməni tərəfinin canlı qüvvə itkiləri təqribən beş min nəfərdir.

 

TED.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsi zamanı bildirib.

 

“Ehtimallarımıza əsasən, Ermənistanın hansı itkilər verə biləcəyini deyə bilərəm. Hətta sırf riyazi hesablamalara baxaq: 256 tank məhv edildi - bu dünənki günə olan rəqəmdir (27 oktyabr), bu rəqəm hər gün artır. Bu sayı 3-4 nəfərə vurun, demək olar ki, bu artıq minə yaxındır. Bundan əlavə, 50-dən çox piyadanın döyüş maşını məhv edildi – onlarda təxminən neçə nəfər olduğu aydındır; yüzlərlə artilleriya silahı - hər birində bir neçə nəfər; altı S-300 qurğusu, təxminən 40 OSA ZRK qurğusu, TOR, KUB, KRUQ qurğusu; 400-dən çox yük maşını, bunların əksəriyyəti həm hərbi qulluqçular, həm də döyüş sursatları ilə məhv edildi. Səngərlərdə neçə nəfər məhv edildi, biz bu səngərləri, təmas xəttini keçmişik - bu kadrlar internetdə var. Yəni, bizim məlumatlarımıza görə, erməni tərəfdən itkilər yalnız beş min nəfər və daha çox ola bilər, bir qayda olaraq müharibədə yaralananlar isə 2-3 dəfə çox olur”, - deyə Prezident İlham Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox