AZ

Bir neçə məktəb fiber-optik internetlə təmin ediləcək

a97a24fae19f584ab17fd3e04d608a8a.jpg
30.10.2020 11:56

Bir neçə məktəbə fiber-optik internetin çəkilməsi gözlənilir.

 

TED.az xəbər verir ki, bu barədə distant tədrislə əlaqədar keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev məlumat verib.

 

Nazir onlayn tədris istiqamətində görülən işlər barədə danışarkən, həmçinin bildirib ki, 10 mindən artıq müəllimin distant təhsilə cəlbi ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant yolla həyata keçiriləcək.

 

 

Lamiyə SÜLEYMANLI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox