Elektromobilin geniş tətbiqi neft dövrünün sonunu yaxınlaşdıra bilər - ÇİNDƏ
Çində elektrikli avtomobillərdən istifadənin sürətlə genişlənməsi 2030-cu ilə qədər qlobal neft istehlakını 70% azalda və neft dövrünün sonunu yaxınlaşdıra bilər.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Carbon Tracker araşdırma mərkəzi gəlib.
Mərkəzin mütəxəssisləri hesab edir ki, yeni enerjili nəqliyyat vasitələrinin (NEV) satışının tədricən artdığı Çində yaxın 10 ildə benzinə tələbat kəskin azalacaq və bu, ölkəyə 80 milyard ABŞ dollarından artıq vəsaitə qənaət etməyə imkan verəcək. Bu araşdırma 2030-cu ilə qədər Çində avtomobil satışlarının 40%-nin, Hindistan və s. inkişaf edən ölkələrdə isə 20%-nin elektromobillərin payına düşəcəyi barədə Beynəlxalq Enerji Agentliyinin (İEA) “ehtiyatlı” proqnozuna söykənir.
Araşdırmaya görə, bir ədəd ənənəvi avtomobili yanacaqla doldurmaq üçün sərf olunan neft bir ədəd elektrikli avtomobili dolduran günəş batareyası avadanlığından 10 dəfə baha başa gəlir. Üstəlik, elektrik enerjisinin hasil olunduğu bərpa olunan enerji mənbələri tədricən ucuzlaşır.
İqlim dəyişikliyinin başlıca amillərindən olan istixana qazlarını azaltmaq, bununla da havanın keyfiyyətini artırmaq istiqamətində Çində görülən məqsədyönlü işlərin mühüm istiqaməti elektrikli avtomobillərinin daha geniş tətbiqidir. Ölkədə ənənəvi yanacaqla işləyən avtomobillərə nə zaman qadağa qoyulacağı hələlik bəlli olmasa da, bu yaxınlarda verilən rəsmi açıqlamaya görə, 2035-ci ilə qədər avtomobil satışlarının 50%-i NEV-lərin, qalan 50%-i isə hibrid avtomobillərinin payına düşməlidir.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












