AZ

Ermənistan Ağdamın bir kəndini Xocavənd ərazisi kimi qələmə verdi - SƏBƏB

c292448058ee1ce22d51d6c738712918.jpg
21.11.2020 23:24

Ermənistan Ağdamın bir kəndini Xocavənd ərazisi kimi qələmə verib təhvil-təslimi gecikdirmək istəyiblər. 


TED.az xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb. 


Bildirilib ki, Ağdam rayonunun Gülablı (Abdal-Gülablının yaxınlığında, ermənilərin Vazgenaşen adlandırdığı kənd) kəndi bu gün Azərbaycan Ordusunun nəzarətinə verilib.


Ancaq buna qədər ermənilər təxribatçı addım ataraq Xocavənd (Martuni) rayonunun ərazisi kimi qəbul etdirməyə çalışsalar da, bu cəhdləri alınmayıb və son gündə Azərbaycan Ordusunun kəndə daxil olması nəticəsində geri çəkilməyə məcbur olublar.

TED + bölməsindən digər xəbərlər

Daha çox