Hindistanın Çin tətbiqlərini bloklanmasına RƏSMİ ETİRAZ
Rəsmi Pekin Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin qərarı ilə elektron ticarət platforması olan Aliexpress də daxil olmaqla Çinə məxsus olan 43 mobil tətbiqin qadağan olunmasından ciddi narahatdır.
TED.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien noyabrın 25-də keçirdiyi mətbuat konfransında bu qərarın Dünya Ticarət Təşkilatının qaydalarına və bazar prinsiplərinə zidd olduğunu, Çin şirkətlərinin maraqlarını və hüquqlarını tapdaladığını deyib. Hindistan tərəfinin həmin mobil tətbiqlərin ölkənin suverenliyinə təhdid kimi qiymətləndirməsini rəsmi Pekin qəbul etmir.
Çinin Hindistandakı səfirliyinin nümayəndəsi Ci Ron da bəyanatla çıxış edərək Hindistanın milli təhlükəsizlik iddiası ilə Çin mobil tətbiqlərini bloklamasına etiraz etdiklərini deyib.
Qeyd edək ki, bu, Hindistan tərəfinin Çin mobil tətbiqlərinə ilk qadağa qərarı deyil. İyun ayında Hindistan hökuməti əksəriyyəti Çinə aid olan 59 tətbiqin, o cümlədən, TikTok, Wechat, Weibo, Baidou map, Baidou translate-in ölkənin internet məkanında istifadəsini qadağan edib. İyul və sentyabrda isə 150-dək tətbiq bloklanıb. Çinin Kommersiya Nazirliyi bu qərarların Çin investorlarına və servis provayderlərinə qarşı diskriminasiya kimi qiymətləndirib.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












