AZ

Hindistan Ali Express də daxil olmaqla 40-dan çox Çin tətbiqini əngəllədi 

0bb4b1c3b7dc48f143db5139a2b895c5.jpg
26.11.2020 09:40

Hindistan hakimiyyəti ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və ictimai asayişə mümkün zərəri əsas gətirərək, Çinə məxsus 43 mobil tətbiqi əngəlləyib.

 

TED.az xəbər verir ki, bu haqda Hindistan Hökumətinin Elektron və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

 

Qadağan olunmuş tətbiqlər arasında Alibaba Group — AliSuppliers, AliExpress, Alipay Cashier və digərləri də yer alır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox