Təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlanıb
"Stalker proqramı - bir insanı gizli şəkildə izləmək və məxfiliyinə müdaxilə etmək üçün istifadə olunan qanuni kommersiya təqib proqramıdır".
Kaspersky-nin də daxil olduğu Stalker Proqramlarına Qarşı Koalisiya iştirakçılarının (Coalition Against Stalkerware) sayı il ərzində 2,5 dəfə artıb.
Bu barədə TED.az-a Kaspersky şirkətindən məlumat verilib.
Bu tarixə qədər Kaspersky tədqiqat mərkəzi olan GReAT qrupunun mütəxəssis komandası tərəfindən hazırlanmış TinyCheck utiliti yayımlanıb. Yeni alət mobil cihazlarda quraşdırılmış təqib (stalker) və casus proqramını aşkarlayır, təqibin təşəbbüskarı isə bundan xəbər tutmur. Raspberry Pi platformasında işləyən cihazlar üçün nəzərdə tutulmuş açıq mənbəli utilitdir. O, qeyri-kommersiya təşkilatlarının məişət zorakılığı qurbanlarına öz fiziki və rəqəmsal bütövlüyünü qorumaq işində dəstək olması məqsədilə hazırlanıb. TinyCheck mobil cihazdan gələn trafiki taramaq və casus proqramı yaradıcılarının serverlərə qoşulmalarını tanımaq üçün Wi-Fi istifadə edir.
“Belə bir alət yaratmaq ideyası qadın hüquqlarını müdafiə edən bir Fransız qeyri-kommersiya təşkilatının nümayəndələri ilə stalker proqramı problemini müzakirə etdiyimiz bir yığıncaqda meydana gəldi. Cihazlarına bir təqib proqramı qurulduğundan şübhələnən, bununla belə, bildiklərini paylaşmayan insanlara necə kömək edə biləcəyimiz barədə düşündük",- deyə TinyCheck-i yaradan Kaspersky tədqiqat mərkəzinin mütəxəssisi Feliks Eme bildirib.
2018-ci ildən etibarən toplanan Kaspersky məlumatlarına görə, dünyada cihazlarına stalker proqramları quraşdırılmış istifadəçilərin illik sayı təxminən 50 min nəfərdir. Pandemiya dövründə bu rəqəmin praktiki olaraq dəyişmədiyini qeyd etmək lazımdır: 2019-cu ilin yanvar-oktyabr aylarında demək olar ki, 52 min, 2020-ci ilin eyni dövründə - 48,500-dən çox belə qurğu qeydə alınıb. İnsanlar arasında bu təhlükə barədə məlumatlılığı artırmaq üçün Koalisiya üzvləri 2020-ci ildə bir sıra kütləvi çıxışlar və tədbirlər təşkil ediblər. Bunlardan biri, xüsusilə 2020-ci ilin noyabrında BMT-nin İnterneti İdarəetmə Forumu çərçivəsində baş tutub.
“Stalker proqramları ilə mübarizə koalisiyası artıq bir ildir ki mövcuddur və bu müddət ərzində məlum olub ki, problem təkcə texniki deyil, həm də sosial və qlobaldır. Çətinlik ondan ibarətdir ki, yayılması və istifadəsi üçün tənzimləmənin yoxluğu fonunda qanuni kommersiya təqib proqramları ilə mübarizə aparmalı oluruq, həm də zorakılığın müxtəlif formalarına qarşı tədbirlər görürük. Topladığımız məlumatlar QHT-lərə sui-istifadənin texniki formaları ilə bağlı təlimlər keçməyə imkan verir, lakin bu kifayət deyil, eyni zamanda bu cür təcrübənin psixoloji və sosial nəticələri və səbəbləri ilə işləməli və onları başa düşməliyik",- deyə Kaspersky-nin xarici əlaqələr şöbəsinin müdiri Kristina Şingareva bildirib.
Qeyd edək ki, stalker proqramları ilə mübarizə Koalisiyası təqib proqramlarının istifadə olunduğu şiddət, təcavüz və təqiblə mübarizə aparmaq məqsədi ilə 2019-cu ilin noyabrında yaradılıb. Hazırda informasiya təhlükəsizliyi həlləri istehsalçıları və şiddət qurbanlarına kömək edən QHT-lər də daxil olmaqla, koalisiya 26 təşkilatı təmsil edir.
Texnologiya bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Həftənin ən çox oxunanları
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
Samsung-un gəlirləri zirvəyə çatdı
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Google Gemini rekord qırdı!
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




