Sony şirkəti Yaponiyadan gedir - SƏBƏB
Yaponiyanın Sony də daxil olmaqla bir sıra iri şirkətləri bərpa olunan enerji ilə bağlı mövcud qaydalar dəyişməsə, istehsalatı xarici ölkələrə köçürəcəklərini bildirib.
TED.az xəbər verir ki, bu barədə inzibati islahatlar naziri Taro Kono bildirib: “Onlar mənə Yaponiyada bərpa olunan enerji az və bahalı olduğu üçün əldə etməyinin çox müşkül məsələ olduğunu bildiriblər. Ona görə də bərpa olunan enerji ilə bağlı nəsə etməliyik, yoxsa ölkədən çıxıb getməli olacaqlar”.
Nazirlə görüşü zamanı Sony-nin icraçı direktoru Keniçiro Yoşida da ölkə şirkətlərinin karbon tullantılarını azaltmağa çalışarkən çətin vəziyyətə düşdüyünü, halbuki Apple, Feysbuk kimi böyük xarici texnologiya şirkətlərinin dünya boyu təchizatı bütövlükdə bərpa olunan enerjiyə keçirdiklərini diqqətə çatdırıb. T.Kono da bu sahədə bir çox xarici ölkələrdən geri qaldıqlarını etiraf edib.
Hökumətin hazırkı planında bərpa olunan enerji istifadəsini 2018-ci ildəki 17 faizdən 2030-cu ilədək 24 faizə çatdırmaq hədəfi qoyulub ki, həmin səviyyə Avropanın bir çox ölkələrində artıq əldə edilən səviyyədən də aşağıdır. Bütün istehsalatını 2040-cı ilədək ekoloji təmiz texnologiyalara keçirmək niyyətində olan Sony şirkətinin hazırda Avropadakı bütün müəssisələri bərpa olunan enerji ilə çalışır, Çindəkilər gələn ilin mart ayınadək, Şimali Amerikadakılar isə 2030-cu ilədək həmin mənbələrə keçməlidir.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












