Diqqət: Ustaya avtomobilin bütün hissələrini sökməyə icazə verməyin - TEXNİKİ MƏSLƏHƏT
                        Bəzən sürücünün məlumatsız olduğu kiçik detal avtomobilə xeyli ziyan vurur. Onlardan biri də AdBlue ilə işləyən minik avtomobillərində müşahidə olunur. Dizel mühərrikin sönüb bir daha işə düşməməsi ən azı 6 min civarında ziyanla nəticələnə bilir.
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə mütəxəssis Şahin Göyləroğlu bildirib ki, bu, adətən müasir yüksək euro standartlı AdBlue ilə işləyən minik avtomobillərinə aiddir: "AdBlue zəhərli qazları azaltmaq üçün yanacağa qarışmayan, özünün ayrıca çəni və püskürtmə sistemi olan mayedir. Müasir dizel mühərrikli avtomobillərdə bir dizel üçün yer, bir də AdBlue var. Əsas məsələ elə bu mayenin bitməsi ilə başlayır. Bu, 3 halla müşahidə olunur. İlk hala görə, maye bir neçə min kilometrdən sonra qurtarır. Yanacaq azaldıqda işarə yandığı kimi yanır və ADBLUE qurtarır. Əlavə edirsiz və işıq sönür, burada problem yoxdur. İkinci variantda isə ekrana AdBlue-nin qurtarması ilə bağlı belə bir mesaj çıxır: "AdBlue əlavə et, 1000 km-dən sonra mühərrik işə düşməyəcək". İngiliscə "refill AdBlue no engine start 1000", almanca isə "AdBlue nachfüllen kein motorstart in 1000 km" kimi yazılır. Bu zaman tez maye əlavə edilməlidir. Mesaj ekrandan silinmədisə, təcili maşın işlək vəziyyətdə ola-ola servisə getmək lazımdır. Görüləcək ilk iş shitdən mesaji sildirmək olmalıdır. Çünki 1000 km-dən sonra avtomobil getməyəcək, mühərrik sönəcək".
Ş.Göyləroğlunun sözlərinə görə, mesaj ekrandan silinmədikdə üçüncü hala müraciət etmək lazımdır: "Bəzən sürücü özü də maşının niyə işləmədiyini bilmir. Usta da problemin nədə olduğunu soruşur. Elektronika, datçiklər, katalizator, starter, proqram təminatı - bir sözlə, kimin gücü nəyə çatırsa, sökür. İndiyədək şahidi olduğum mənasız yerə çəkilən ən çox xərc 6300 AZN olub. Amma bu, daha çox ziyanı istisna etmir. Məsələn, bir neçə gün əvvəl dostum rayona gedirdi. Tam başqa səbəblə mənə şəkil yolladı. Dedi, ustası dizel pis olduğu üçün ekrana belə bir mesaj çıxdığını söyləyir. Mesajda şəkildəki kimi, "no start in 145 miles" yazılmışdı. İzah etdim ki, qayıtsın. Çünki 145 mile sonra maşın işləməyəcək və rayonda bunu düzəldən çətin tapılır. Beləliklə, dostum Bakıya qayıdaraq 3 ustaya müraciət edib. AdBluedan başqa avtomobilin bütün hissələrini dəyişməyi təklif ediblər. Əsas da katalizator, kollektor, beyin, bir də farsunka... Bunlar ümumilikdə ən azı 6000 AZN edir. Dərd orasıdır ki, nə sürücü, nə də usta AdBlue haqqında düşünüb.
Ola bilər, digər hissələr də zədə görsün, bu istisna edilmir. Amma öncə AdBlue sistemi tam işləməli, sonra digərləri düzəldilməlidir. Usta bilməsə də, gərək sürücü ona dəstək olsun".
Nə etməli?
Ekspert hər mesaja qarşı diqqətli olmağı tövsiyə edir: "AdBlue-li nəqliyyat vasitəsi sürürsünüzsə diqqət edin, 1000 km sonra motor sönsə, işə salınan deyil. Bunun üçün AdBlue servis intervalı protokollarını izləyin. Bu, hər istehsalçıda fərqli ola bilər. Xəta varsa, qətiyyən başqa hissələri sökməyin. Nə qədər uzun olsa da, tələsmədən öncə AdBlue, daha sonra ona bağlı olan sistemləri yoxlayın. Avtomobildə problemlər ardıcıllığını izləyin (Nədən sonra oldu, niyə oldu və s.). Bunu usta ilə müzakirə edin. Avtomobili 2-3 ustaya göstərib, fikirlərini öyrənməyə çalışın. Ola bilər, birinin bu istiqamətdə təcrübəsi olsun".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
                                                
                                        “İlin Avtomobili 2026” finalistləri açıqlanıb
                                                
                                        Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
                                                
                                        Google Chrome gözlənilən yeniliyi təqdim edir
                                                
                                        Samsung-un gəlirləri zirvəyə çatdı
                                                
                                        Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
                                                
                                        WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
                                                
                                        Nvidia Tətbiq Yeniləməsi
                                                
                                        Galaxy AI yeni dil dəstəyi qazandı!
                                                
                                        iPhone 17 Pro Max-ın soyutma sistemi onu dondurdu!
                                                
                                        Google Gemini rekord qırdı!
                                                
                                        DJI Neo 2 əl dronu təqdim edildi
                                                
                                        2026-cı ilin ən çox gözlənilən texnoloji məhsulları!
                                                
                                        Microsoft paylaşdı: Xbox satışları kəskin düşdü!
                                                
                                        Samsung: Süni zəkaya yönəlmiş HBM4 yaddaşı yolda
                                                
                                        Microsoft-un baş direktorundan maraqlı açıqlama
                                                
                                        Nokia-nın bazar dəyəri pik həddə çatır
                                                
                                        Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq
                                                
                                        Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
                                                
                                        YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
                                                
                                        Nvidia bazar dəyəri ilə rekord qırdı!
                                                
                                        Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
                                                
                                        OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
                                                
                                        Galaxy S25 Plus yandı!
                                                
                                        Google Play-də böyük dəyişiklik
                                                
                                        Instagram Reels alqoritmi üçün sevindirici xəbər
                                                
                                        Həftənin ən çox oxunanları
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
                                                
                                        Hökumətin casus yazılımı açığa çıxdı
                                                
                                        Instagram Reels alqoritmi üçün sevindirici xəbər
                                                
                                        Süni İntellekt Axtarış Mühərrikləri Ənənəvi Axtarışları Geridə Qoyur
                                                
                                        Apple 4 Trilyon Dollar Dəyərinə Çatdı
                                                
                                        X-in süni intellekt ansiklopediyası Grokipedia istifadəyə verildi
                                                
                                        Çin Steam-ə rəqib oyun platforması yaradır!
                                                
                                        Redmi Turbo 5 nəhəng batareyası ilə sızdırıldı!
                                                
                                        


 
 BTC / USD 
 ETH / USD 
 LTC / USD 
 ZEC / USD 
 
                            
                                                      
                          





