AZ

Azərbaycanda ən çox istifadə olunan əməliyyat sistemləri - SİYAHI 

 

85a6754bc7065e1f0c9425e84e6f2acb.jpg
01.12.2020 14:50

Əməliyyat sistemlərinin dünya və Azərbaycan üzrə bazar payı məlum olub.

 

TED.az "Global Stats" analitik şirkətinə istinadən xəbər verir ki, ölkəmizdə ən çox istifadə edilən əməliyyat sistemi Android-dir. 

 

Android əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 48.03%-ə bərabərdir. İkinci ən çox bazar payı olan əməliyyat sistemi Windows-dur, 38.26%. Üçüncü sırada isə iOS əməliyyat sistemi gəlir. Onun bazar payı 8.84%-dir. 

 

Android yalnız Azərbaycanda deyil, qlobal miqyasda da ən çox bazar payı olan əməliyyat sistemidir. Sözügedən əməliyyat sisteminin dünya üzrə bazar payı 38.88%-dir. Onun ardınca gələn Windows 32.32% bazar payına sahibdir. 16.6% paya sahib olan iOS əməliyyat sistemi isə ilk üçlüyü tamamlayır.

 

Ümumilikdə Android əməliyyat sistemi bazar payına görə Asiya (51.43%) və Afrika (61.68%) üçün ilk pillədə gəlsə də, Avropada ən çox bazar payı Windows əməliyyat sisteminə məxsusdur - 40.16%. Android əməliyyat sistemi isə Avropada 31.93%-ə çatır. 

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox