AZ

Airbus yenidən dünyanın ən böyük təyyarə istehsalçısı ola bilər - Boeing-i geridə qoydu

085a8efa4c0c2230e3fc398c58c9dcbb.jpg
23.12.2020 21:55

Koronavirus pandemiyası şəraitində tədarüklərin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Airbus ardıcıl ikinci il Boeing-i üstələyərək ən böyük təyyarə istehsalçısı olacaq.


TED.az xarici KİV-ə istinadən xəbər verir ki, ilin sonuna qədər Airbus 550-560 təyyarə tədarük edəcək. Bu, 2019-cu ilə nisbətən 35% azdır. Şirkət 2020-ci ilin yanvar-noyabr aylarında 477 təyyarə tədarükü reallaşdırıb. Eyni dövrdə Boeing cəmi 118 təyyarə istehsal edib.


Boeing-in tədarükünün azalması 737 MAX modelinin istehsalının dayandırılması ilə əlaqədardır. Onun istehsalı bu model təyyarələrin iştirakı ilə ardıcıl qəzaların baş verməsindən sonra dondurulub, uçuşlar isə qadağan edilib.


ABŞ-ın aviasiya tənzimləyicisi yalnız noyabrın 18-də 737 MAX təyyarəsinin istismara qaytarılmasına icazə verib və Boeing dekabrdan 737 MAX-ların tədarükünü bərpa edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox