AZ

Ən populyar əməliyyat sistemi - Dünyada və Azərbaycanda

 

a7b4076a44826d30cfce26f26fd1e381.png
04.01.2021 14:55

Həm dünya, həm də Azərbaycan üzrə əməliyyat sistemlərinin bazar payı açıqlanıb. "Global Stats" analitik şirkətinin məlumatına görə, Azərbaycanda ən populyar əməliyyat sistemi Android-dir. Android əməliyyat sisteminin ölkəmiz üzrə bazar payı 53.1%-ə çatıb. İkinci yerdə gələn Windows əməliyyat sistemi 33.75% paya sahibdir. İlk üçlüyü iOS əməliyyat sistemi tamamlayır - 9.03%.

 

Onun ardınca isə OS X(2.57%), Unknown (0.68%) və Linux (0.65%) əməliyat sistemləri gəlir. 

 

Liderlik kürsüsünü qoruyan Android əməliyyat sisteminin ən çox məşhur olan versiyaları "10.0 10", "9.0 Pie" və "6.0 Marshmallow"dur. Windows əməliyyat sisteminin isə ən çox istifadə olunan növləri "Windows 10", "Windows 7" və "Windows 8.1"dir. Bazar payına görə üçüncü yerdə gələn iOS əməliyyat sisteminin Azərbaycanda ən populyar versiyaları " iOS 14.2", " iOS 12.4" və "iOS 14.0"dır.

 

TED.az xəbər verir ki, əməliyyat sistemlərinin qlobal miqyasda bazar payına görə lider 41.58%-lə Android-dir.

 

İkinci ən çox bazar payı Windows-a məxsusdur, 31.73%. iOS əməliyyat sistemi 16.58%-lə üçüncü yerdə qərarlaşıb. 

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox