AZ

Azərbaycanda ən çox istifadə olunan axtarış sistemləri məlum olub

 

490b680c9521cfb5023bfeaa6a37be07.jpg
04.01.2021 16:43

Azərbaycanda ən çox istifadə olunan axtarış sistemi Google-dur. Sözügedən axtarış matorunun qlobal miqyasda Azərbaycan üzrə bazar payı 95.86%-dir. "Global Stats" analitik şirkətinin məlumatına görə, Azərbaycan üzrə İkinci ən çox bazar payı olan axtarış sistemi YANDEX RU-dur - 2.3%. Üçüncü yerdə gələn YANDEX isə 0.72% paya sahibdir.

 

TED.az xəbər verir ki, digər axtarış sistemlərinin "bing", "Yahoo!" və Mail.ru-nun müvafiq olaraq 0.42%, 0.4% və 0.22% bazar payı var. 

 

Dünya üzrə də ən çox müraciət olunan axtarış sistemi Google-dur. Google qlobal miqyasda 91.38% paya sahibdir. İkinci sırada 2.69%-lə "bing" gəlir. Üçüncü yeri isə 1.46%-lə "Yahoo!" tamamlayır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox