İtirdiyimiz telefonu Google hesabı vasitəsilə necə tapa bilərik? - TƏLİMAT

Telefonu itirmək hər bir insanın həyatında olduqca xoşagəlməz hadisədir. Google hesabınızdan telefonunuzu tez bir zamanda tapmaq üçün nə etməli və oğurlandığı təqdirdə cihazınızı necə qorumalısınız?
Mövzu ilə bağlı təlimat TED.az-ın materialında.
Android cihazı sahibi tərəfindən itirildiyi təqdirdə sürətli və etibarlı sistem vasitəsilə daha tez tapıla bilər. Ancaq axtarış zamanı hansısa problemin olmaması üçün bir neçə şərt yerinə yetirilməlidir. Buna görə əvvəlcədən smartfonunuzun təhlükəsizliyi ilə maraqlanmağa və onu itirmə ehtimalını nəzərə alaraq məlumatlarınızı qorumağa dəyər.
1)Cihaz Google hesabına bağlanmalıdır;
2)Telefon açıq qalmalı və internetə qoşulu olmalıdır;
3)Cihazda geolokasiya aktivləşdirilməlidir;
4)Təhlükəsizlik ayarlarında "Cihazı tap" funksiyası aktivləşdirilməlidir (hesabınıza daxil olmusunuzsa, funksiya avtomatik olaraq aktivləşdirilir).
Google hesabı vasitəsilə telefonun olduğu məkanı necə təyin etmək olar?
Cihazınızı tez bir zamanda tapmaq üçün:
Sayta başqa bir cihazdan daxil olun, ya da hansısa Android cihazından "Find My Device" tap tətbiqini yükləyin və quraşdırın.
Sayta Google hesabınızla daxil olun. İki faktorlu doğrulamadan istifadə edirsinizsə, giriş üçün ehtiyat telefon nömrəsinin qoşulduğundan əmin olun və ya belə bir vəziyyət üçün təcili kodların siyahısını çap edin.
Bunu səhifədə etmək lazımdır. Bundan əlavə, əvvəlcədən etibarlı siyahıya bir neçə cihaz əlavə edə bilərsiniz. Doğrulamanın ikinci mərhələsində bunlar üçün tələb olmayacaq. Siyahıdan hesabınıza bağlı bir cihaz seçin. Bundan sonra telefonu xəritədə Google hesabı vasitəsilə tapa bilərsiniz.
Smartfonun yerini yanlış təyin edirsiniz?
Smartfonu küçədə itirib və tapa bilmirsinizsə (məsələn, qarın altında qalıbsa), yaxınlıqda olanda cihaz səssiz rejimdə olsa da, onda səslənəcək uzun səs siqnalı göndərə bilərsiniz.
Smartfonu sizdən əvvəl kimsə tapıbsa və xəritədə yerinin dəyişdiyini müşahidə edirsinizsə, onu uzaqdan bloklaya bilərsiniz. Cihaz ekranında məsafədən onu tapan üçün istənilən mesajı yaza bilərsiniz, hətta sizə zəng etməsi üçün bir telefon nömrəsini göndərə bilərsiniz.
Əgər cihazınız bir hesabla əlaqələndirilməyibsə, onu Google hesabı vasitəsilə tapa bilməyəcəksiniz. Ancaq istehsalçının veb saytında qeydiyyatdan keçmisinizsə, axtarış üçün müvafiq xidmətdən istifadə edə bilərsiniz:
Cihaz tapmaq üçün sayta giriş edin və qeydiyyat zamanı göstərilən məlumatlarla daxil olun, sonra "İzləmə mövqeyi" düyməsini basın.
Söndürülmüş telefonu necə tapmaq olar?
Telefonunuzu itirdikdə sönülü olubsa, Google "Xronologiya" onun yerini təyin etməyə kömək edəcəkdir. Google-dan yerlərin qrafikinə keçid edin və istədiyiniz tarixi təyin edin;
Sol yan paneldə, cihazın ünvanlarını və yaşayış vaxtını göstərən bütün hərəkətlərini görə bilərsiniz. Xəritənin sağ tərəfində bu hərəkətləri izləyə bilərsiniz.
İzləmə üçün GPS peyk sistemindən istifadə edən "Find Your Device" tarixdəki zaman ardıcıllığı ilə məlumat toplamaq üçün mobil rabitə qülləsinin
məlumatlarını istifadə edir. Telefonda "Oflayn axtarış" funksiyası aktivləşdirilmişsə, söndürülmüş telefonu Google hesabı vasitəsilə izləmək də mümkündür. Bu vəziyyətdə, smartfon hər 15 dəqiqədə yeri haqqında məlumat ötürəcək və xidmət son dəfə harada onlayn olduğunu göstərəcək.
Telefonunuzu itirmisinizsə, onu "ağıllı" saatınızla da tapa bilərsiniz. Bunu etmək üçün standart Telefonumu tap tətbiqini istifadə edin. Hər iki cihazın açıq olması və Bluetooth vasitəsilə birləşdirilməsi şərtilə axtarış mümkündür. Telefon səssiz rejimdə olsa da səs siqnalı verəcəkdir. Google hesabınızdan telefonunuzu tapmaq bahalı cihazınızla ayrılmamağa kömək edə bilər, ancaq onu tapmaq üçün dərhal hərəkətə keçmək lazımdır. Nə qədər ki, telefonun batareyası var və o şəbəkəyə qoşuludu cihazı tapmaq daha asandır.
Zeynəb ƏKBƏR