Ən yaxşı 10 biznes etiket qaydası - 19 yaşında beynəlxalq İT şirkəti quran biznesmendən

Roman Katerinçik 19 yaşında hazırda 28 ölkədən 100-dən çox adam və müştərinin çalışdığı Artjoker İT şirkətini qurub. O, komandası ilə birlikdə 500-ə yaxın layihəni reallaşdırıb.
Məşhur iş adamının biznesə dair top 10 etiket qaydaları TED.az-ın materialında.
Səsli mesajlar şəxsi nifrət reytinqində ilk pillədə gəlir. Onların izahı verilməyən sehrləri var:
- Səsli mesaj aldığınız zaman mesajı dinləmədən əvvəl həmsöhbətinizə əsəbləşirsiniz. Bu mesajlar bir qayda olaraq, iclasda və ya skype-zəngdə olduğunuz zaman göndərilir və s. Həmsöhbətinizə səsli mesaj göndərəndə avtomatik olaraq xəcalət çəkirsiniz. Sən anlayırsan ki, pis bir şey edirsən (sanki stulda saqqız yapışdırırsan ... Deyəsən, heç kim görmür, amma özünü narahat hiss edirsən).
Hər dəfə səsli mesaj göndərməli olduğum zaman qarşı tərəfdən üzr istəməklə başlayıram. Qısası, lose-lose!
Buna görə komandamla mən iş qaydaları və rəqəmsal ünsiyyət qaydalarını "sarsıtmağa" qərar verdik.
“Xəttin digər ucunda”kı həmsöhbətinizin xoşbəxt olmasını istəyirsiniz?
2020-ci ildə sadə iş etiketini oxuyun və təşəkkür etməyin:
1. Telefonla edilən zənglər - pis davranışdır və ya "Zəng etmək istəyirsinizsə - xəbərdar edin"
İndi bir tanışa zəng etmək (yazışmada əvvəlcədən tanışlıq olmadan) pis forma sayılır və iş məsələlərini həll etmək üçün edilən zənglərə üstünlük verilmir (Zoom-da iclas keçirmək və ya yazmaq daha asandır). Əlbəttə ki, təcili suallar var və hamı müasir xidmətlərlə dost deyil, ona görə zənglər hələ də qalır.
2. Səsli mesajlar - yalnız son çarə olaraq istifadə edin və öncədən xəbərdarlıqla 4-6 saniyə uzunluğunda səsli mesaj göndərən insanlar üçün 100% cəhənnəmdə ayrı bir qazan var (!). Xatırladım ki, səsli mesajlarınızı mətnə çevirən xüsusi bir bot (VoiceMsgBot) var. Yazmaq üçün çox tənbəlsinizsə və eyni zamanda mesaj alan şəxslə maraqlanırsınızsa, ondan istifadə edin.
3. Yazışma - konstruktivdir və birbaşa nöqtəyə yönəlir
Məni "small talks" bağışlasınlar, amma rəqəmsal dünyada qısalığa, tutarlılığı və sürətə dəyər veririk. “Salam” yazmamalı və bir nəfərin “Salam” cavabını verməsini gözləməməlisən. Sualın mahiyyətini dərhal yazın. Həmsöhbətiniz bunun üçün sizə yalnız minnətdar olacaq.
4. 5 dəfə kiçik mesaj deyil, bir geniş mesaj yazın
Çox vaxt həmsöhbətin diqqətini çəkmək üçün tələsik bir neçə kiçik həcmli mesajlar yazırıq. Nəticədə mesaj sayğacı böyüyür, amma onlara məna əlavə olunmur. Səs bildirişləri olduqda və hər 5 saniyədə bir “ding” eşidildikdə bu xüsusilə vacibdir.
5. Həmsöhbətin cədvəlini izləyin
Saat 23:00-da ağlınıza bəzi (çox kreativ) fikir və ya suallar çıxan kimi həmkarlarınıza (müştərilərinizə, podratçılarınıza) yazmayın. Telegram təxirə salınmış mesajların əla bir funksiyasına malikdir - iş vaxtı üçün bir taymer təyin edərək istifadə edin.
6. Öz sərhədlərinizi də unutmayın
İşgüzar davranış qaydalarının ikinci qaydası birincidən düzgün şəkildə qaynaqlanır. Mühitinizə ünsiyyətə açıq olduğunuz və artıq işləmədiyiniz zamanı göstərin. Əksər hallarda (80%) iş vaxtından kənar iş yazışmaları kritik bir zərurət deyildir.
7. Kontaktları, kart nömrələrini ekran görüntüləri və ya fotoşəkillərlə göndərməyin
Ekran görüntüsündən və ya bir kart şəklindən nömrəni göndərmək düzgün deyil. Əl ilə nömrəni yazmaq bir qədər çətin olsa da. Çünki nömrəni əl ilə yazdıqda onun düzgünlüyünü yoxlamağa və s. vaxt gedir. Bunu yalnız anaya və ya nənəyə bağışlayırıq. Nənə və ya ana deyilsinizsə, ekran görüntüsü ilə nömrə göndərməkdən çəkinin.
8. Həssas məlumatlar üçün gizli qaydalardan istifadə edin
Tez-tez açıq girişdə saxlanmamaq üçün daha konfidensial məlumatların ötürülməsinə ehtiyac olur (məsələn, giriş / parollar). Bunun üçün oxuduqdan sonra avtomatik silinmə ilə teleqramlarda şifrələnmiş mesajlar mükəmməldir. Ayrıca, parolun etibarlı bir yerdə saxlandığını təsdiqlədikdən sonra mesajları əl ilə silə bilərsiniz.
9. Gərəksiz söhbət və müzakirələrdən qaçın
Çox rahatdır: kollektiv olaraq həll edilməsi lazım olan bir sual var və söhbət qurulur. Bu zaman gərəksiz söhbətləri buraxmalı olduğunuzla razılaşın (məsələn, artıq keçmiş bir hadisəyə həsr olunan söhbət).
10. Onlayn iclaslar zamanı kameranı açın.
Bu iş etiket qaydaları 2020-ci ildə "COVID-19" ilində aktual oldu. Çünki məsafədən işləyirik, onlayn görüşlərdə ünsiyyət qururuq və nadir hallarda görüşürük. Vərdiş etdiyimiz insan ünsiyyət elementlərini qorumaq üçün onlayn iclaslar zamanı kameranı açın.
Tərcümə: Zeynəb ƏKBƏR