"Pandemiya dövründə onlayn konfrans təklif edilən bir çox proqram təminatındakı “boşluqlar” həllini tapdı" - MÜSAHİBƏ
COVID - 19 Pandemiyası bir çox sənayedə ciddi dəyişikliklərə səbəb oldu və bunlar arasında İnformasiya Texnologiyaları sənayesi əsas yer tutur.
Pandemiya fonunda İT sektorunda baş verən dəyişikliklər haqqında TED.az-ın suallarını "Edumedia Azerbaijan" şirkətinin direktoru, İT sahəsində məsləhətçi Dilarə Rüstəmzadə cavablayıb.
Dilarə xanım, pandemiya fonunda şirkətdaxili komanda işi necə təşkil olunur?
- Bilirsiz ki, dünyada uzaqdan işləmə anlayışı həmişə olub və olacaq da. Belə ki, ölkəmizdə bu anlayış, əsasən də İT sektorunda bir çox şirkətlər tərəfindən gözəalınmaz bir hal idi. Lakin pandemiya nəticəsində, komandanı evdən işləmə rejiminə buraxmaq məcburiyyəti yarandı. Bunu düzgün şəkildə təşkil edən şirkətlər bu işin yalnız müsbət tərəfləri ilə rastlaşdılar. Proqramçıların və layihə menecerlərinin vəzifəsi layihənin uğurlu təhvili olduğunda, komandanı düzgün motivasiya etdikdə İT layihələrində evdən işləmək ilə şirkət daxilində işləməkdə bir fərq yaratmadı.
Pandemiya dönəmində təhvil verilməsi lazım olan layihələrin işində gecikmə ilə rastlaşdınızmı?
- Biz komanda olaraq evdən işləmə rejiminə keçməyə qərar verdiyimizdə, şirkət daxilində də tədbiq etdiyimiz Agile layihə idarəetmə metodologiyalarının uzaqdan işləmə prinsiplərinə əsaslandıq. Düzgün struktur, layihə planlaması, vaxtında və müəyyən limitli zaman çərçivəsində həm komanda daxili, həm də müştərilərlə təşkil olunan telekonfranslar nəticəsində məhz pandemiyanın ən pik vaxtında biz iri həcmli dövlət səviyyəli layihələrimizdən birini uğurlu şəkildə təhvil verməyi bacardıq.
Covid 19 Pandemiyası İT tədbirlərinin təşkilinə necə təsir göstərdi?
- Koronavirusun yayılması bir çox beynəlxalq texnoloji konfransların ləğv edilməsinə səbəb oldu. Bu da bir çox şirkətlər üçün əla tərəfdaşlıq fürsətinə çevrildi. Belə ki artıq oflayn rejimdə təşkil olunan konfranslar onlayn rejiminə keçid üçün müəyyən proqram təminatlarından istifadə etməyə başladı. Bu da həmin bazarın böyüməsinə və daha da möhkəmlənməsinə gətirib çıxartdı. Koronavirus pandemiyası dövründə bir çox onlayn konfrans təklif edən proqram təminatındakı “boşluqlar” öz həllini taparaq daha da istifadəyə yararlı hala gətirildilər. Bu nəinki istifadəçilərin işini görür, eyni zamanda, proqram təminatını buraxan şirkətin də maddi gəlirini artırır. Telekonfransların onlayn şəkildə təşkil olunmasının tək mənfi cəhəti iştirakçıların əlaqələrin genişləndirilməsinə mane olmasıdır ki, əminəm ki, bu gedişlə onun da həllinə baxılacaqdır.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Həftənin ən çox oxunanları
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


