ISESCO Azərbaycanın İKT sektoruna investisiya qoya bilər
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə TED.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
R.Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib.
O, işğaldan azad olunmuş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulacağını və bərpa ediləcəyini vurğulayıb. Qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. R.Quluzadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə “Ağıllı şəhər” layihələrinin tətbiq edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
“Torpaqlarımızın işğaldan azad olunması bölgənin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində də regional əməkdaşlığı inkişaf etdirir”, – R.Quluzadə qeyd edib.
Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb.
R.Quluzadə əlavə edib ki, ölkəmizdə “Ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
Öz növbəsində, ISESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib. Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etdiyini deyən Baş direktor vəziyyətlə yerində tanış olduğunu bildirib.
“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik. Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib”, – deyə Səlim bin Məhəmməd Əl-Malik vurğulayıb.
Görüş zamanı Azərbaycan – ISESCO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi təşkil olunan “InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 2021-ci ildə ISESCO ilə birgə tədbirin keçirilməsi, “Falcon Summit 2021”də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə olunub.
Həmçinin Startap mübadilə proqramlarının aparılması və iki tərəf arasında müştərək müəssisələrin yaradılması imkanları, Azərbaycanın İKT sektoruna ISESCO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.
ISESCO çərçivəsində İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə Vençur fondların yaradılması ilə bağlı danışıqlar aparılıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

