Ov mövsümü başlayır - Ov etmək üçün icazəni elektron yolla əldə edə bilərsiniz
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilərək 22 yanvar 2021-ci il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Ovu sevən centlmenlər! Vəhşi heyvanlara ov üçün icazənin alınması məqsədi ilə artıq müxtəlif sənədlər toplamağa, zaman itirməyə ehtiyac yoxdu. Məsafələri qısaldan Elektron Hökumət portalı vasitəsilə asanlıqla müraciət edə bilərsiniz.
TED.az olaraq TEDassistant rubrikasında vəhşi heyvanların ovuna icazələrin alınması və müraciətin göndərilməsi qaydasından bəhs edəcəyik.
Sözügedən elektron xidmətdən istifadə etmək üçün www.e-gov.az – “Elektron Hökumət” portalına daxil olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından “Vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçərək daxil olun.
Qeydiyyat üçün açılan pəncərədə ünvan, ev telefonu, mobil nömrə, elektron ünvanı, şifrə, şifrənin təkrarı, təqdim olunan kodu daxil edilərək “İrəli” düyməsini seçin.
Növbəti mərhələdə fiziki və ya hüquqi şəxs olmanız və fəaliyyət növünüz barədə məlumatları daxil edin.
“Tələb olunan sənədlər” bölməsində elektron xidmətin göstərilməsi üçün ərizə forması, şəxsiyyət vəsiqəsi, ovçuluq və üzvlük bileti, ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə sənədini daxil edin. Bunun üçün “Choose File” düyməsindən istifadə etmək lazımdır.
Sonda isə təqdim olunan kodu və müvafiq qeydi daxil edərək “Göndər” düyməsini sıxın.
Bununla da siz yaradılmış elektron müraciəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaqsınız.
Günel QURBANOVA
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











