AZ

Elektrikli avtomobillərin beş dəqiqə ərzində şarj olunmasına imkan verən batareya hazırlanıb

3b71ca07a07b13c80807be88b43da800.jpg
21.01.2021 15:44

İsrail şirkəti tərəfindən elektrikli avtomobillərin beş dəqiqə ərzində tam doldurulmasına imkan verən batareyalar istehsal edilib.

 

TED.az-ın məlumatına görə, İsrailin Storedot şirkəti tərəfindən hazırlanan və Çində istehsal olunan yeni batareyalar elektrikli nəqliyyat vasitələrinin şarj müddətində inqilab edəcək.

 

 

Daha əvvəl telefonlar, pilotsuz təyyarələr və elektrikli skuterlər üçün "ultra sürətli şarj" batareyaları hazırlayan Storedot şirkəti, 2025-ci ilə qədər beş dəqiqəyə 160 kilometrlik şarjı hədəfləyir. Bunun üçün lityum-ion batareyalar istifadə olunacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox