ADY işə qəbul prosesini tamamilə məsafəli rejimə keçirib
Bu həll ölkəmizin istənilən yerindən namizədlərin iş elanlarına evdən çıxmadan müraciətinə və növbəti mərhələlərdə onlayn rejimdə iştirakına geniş imkanlar yaradır “Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib. Namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər.
TED.az xəbər verir ki, bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.
ADY-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov məsələni şərh edərək qeyd etdi: “Azərbaycan Dəmir Yolları” QSC-nin digər sahələrində olduğu kimi insan resursları idarəçiliyi sahəsində də davamlı islahatlar aparılır. İnsan resursları idarəsi ADY-nin digər strukturları kimi karantin dövründə öz fəaliyyətini mövcud vəziyyətin tələblərinə uyğunlaşdırmaqla məsafədən işləmə rejiminə üstünlük verərək, daxili işlərlə yanaşı namizədlərlə və işçilərlə olan əlaqələri də elektron və onlayn qaydada tənzimləməkdədir. ADY-də işə qəbul prosesi ilə yanaşı digər insan resursları idarəçiliyi funksiyalarının da onlayn tətbiqinə başlanılmış və uğurla davam etdirilməkdədir. Məsələn, işçilərin sahə üzrə biliklərinin qiymətləndirilməsi, təlimlərin təşkili prosesləri də onlayn şəkildə icra edilməkdədir”.
İşə qəbul sahəsində başlıca məqsəd gələcək karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bərabər şərait yaratmaq, müsabiqələrdə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. ADY vətəndaşların Cəmiyyətin əməkdaşı olmaq arzusunu yüksək qiymətləndirir və bu yolda onlara uğurlar arzu edir.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












