Şuşada yeni yarimstansiya tikilir
Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” Şuşada 110/35/10 kilovoltluq yeni yarımstansiya tikir.
“Azərenerji”dən TED.az-a verilən məlumata görə, Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulacaq. Burada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılır. Şuşanın milli ornamentləri qorunmaqla müasir üslubda inşa ediləсək yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Havanın dumanlı, qarlı və şaxtalı olmasına baxmayaraq, işlər sürətlə davam etdirilir.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük hissəsinin, o cümlədən “Şuşa” yarımstansiyasının Azərbaycanın ümumi enerjisisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulur və yarımstansiyaya İmişlidən 110 kilovoltluq 51 km məsafədə yeni xətt gətirilir. Ən əsası isə Füzulidən Şuşaya 75 km məsafədə 110 kilovoltluq ikidövrəli “Şuşa-1”, “Şuşa-2” hava elektrik xətləri çəkilir. Artıq hava elektrik verilişi xəttində 70 faiz işlər görülüb, yaxın müddətdə işlər yekunlaşacaq. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndindən keçən yüksəkgərginlikli hava xətti ən çətin dağlıq, meşəlik relyefdə, qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir.
Onu da qeyd edək ki, yaxın vaxtlarda işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da 110 kilovoltluq yeni yarımstansiyaların inşasına başlanılacaq.
QARABAĞ bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
