Avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili
“Bu gün kiber cinayətkarlar daim yeni texnika icad etdikləri üçün avtomobillərin informasiya təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirilir. Bundan əlavə, sənayedə yeni qanuni tələblər ortaya çıxır. Kiber təhlükə barədə məlumatlandırma xidmətinin köməyi ilə nəqliyyat vasitələri istehsalçıları və təchizatçıları sənayeyə təsir edə biləcək mövcud problemlər haqqında öyrənə və vaxtında lazımi tədbirlər görə biləcəklər. Hər bir hesabat özündə yalnız ümumi icmal və tendensiyanın təhlilini deyil, həm də nəqliyyat vasitələrinə və əlaqəli infrastruktura xas təhlükələr və zəifliklər barədə məlumatları ehtiva edir. Hesabatlarda həm də ictiamiləşmiş hadisələr, müstəqil tədqiqatçıların nəşrləri, iri sənaye şirkətlərinin məruzələri, ixtisaslaşmış konfranslardan çıxışlar, xüsusi forumlarda və "darknet"-in qapalı meydançalarındakı müzakirələr, həmçinin avtomobilin elektron sistemlərinə potensial hücum vektorlarını tətbiq edən açıq şifrəli alətlər və onun xarici infrastrukturu nəzərdən keçirilir”.
Bu barədə TED.az-a Kaspersky şirkətindən məlumat verilib.
Qeyd olunur ki, şirkət tərəfindən hesabat hazırlanan zaman əgər mütəxəssislər dərhal cavab tələb edən bir təhdid aşkar edərlərsə, müştərilərə bu barədə təcili bildiriş göndərilir: “Müasir avtomobillərdə getdikcə daha çox texnologiya istifadə olunur, buna görə də nəqliyyat sənayesi yalnız qanuni tələblərə əməl etməməli, həm də elektron idarəetmə bölmələrindəki zəifliklərdən tutmuş nəqliyyat vasitələri ilə digər yol infrastrukturu obyektləri arasında məlumat mübadiləsi üçün nəzərdə tutulan V2X sistem komponentlərinə hücumlara qədər mümkün kiber risklərdən xəbərdar olmalıdır. Hesabatlarımız təşkilatlara bu problemləri həll etməyə kömək edir”.
“Bu hesabatlar ən yeni kiber təhdidləri öyrənməklə yanaşı, onların hansı zərərləri verə biləcəyini də anlamağa imkan verir. Avtomobil bazarı iştirakçılarının müştərilərə və ya şirkətin işinə təsir göstərə biləcək potensial riskləri azaltmaq üçün kifayət qədər vaxt əldə edə bilməsi üçün, bu xidməti təkmilləşdirməyə davam edirik”, - deyə qeyd olunur.
Avtomobillər üçün kiber təhdidlər barədə analitik hesabatlar haqqında daha ətraflı məlumatı bu LİNK vasitəsilə əldə edə bilərsiniz.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











