AZ

Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlanıb

a9e20694591e133f0a9ac49341c16894.jpg
22.01.2021 18:37

Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə TED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox