AZ

Türkiyədə Sputnik V peyvəndi istehsal olunacaq

44fbc2642a4fc2ce303f818cb5d09647.jpg
23.01.2021 20:48

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə Sputnik V peyvəndinin istehsalına dair saziş imzalayıb.


TED.az  xəbər verir ki, bu barədə RBİF məlumat yayıb. 


Fonddan bildiriblər ki, Rusiya peyvəndin istehsalına dair texnologiyaların Türkiyəyə verilməsinə artıq başlayıb.


Türkiyədə koronavirusa qarşı ildə bir milyon Sputnik V peyvəndinin istehsal olunacağı gözlənilir. 


Preparatdan həm daxili bazarda istifadə olunması, həm də onun xaricə ixrac edilməsi nəzərdə tutulub.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox