Yeni avtomobil modelləri testdən bu cür keçirilir - Standartlara cavab verməsə...
Mütəmadi olaraq mediada müxtəlif avtomobil modellərinin qəza testlərindən aşağı qiymət alması barədə məlumatlar paylaşılır.
Maraqlıdır, bu, modellərin aqibətinə necə təsir göstərir? Ümumiyyətlə, yeni avtomobil modellərinin testləri necə aparılır?
Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ilkin testlər istehsalçı şirkətin özü tərəfindən aparılır. Sonra isə istehsalçıya aid olmayan, müstəqil, neytral test keçirən şirkətlərə müraciət olunur: "Əsas kriteriyalar avtomobilin qəza zamanı dözümlülüyü, təhlükəsizliyidir. Avtomobil fərqli sürətlərdə, müxtəlif manevrlər zamanı testdirive edilir. Buna "crash test", yəni qəza testi də deyilir. Bu testlər zamanı sürücü və sərnişinlərə dəyə biləcək zərər araşdırılır. Həmçinin avtomobilin əyləc sistemi, qəfil manevr, sağa-sola hərəkət zamanı transmissiyasının özünü göstərməsi əsas götürülür".
Mütəxəssis, həmçinin vurğulayıb ki, hər yeni model, seqment üçün testlər fərqlidir: "Çünki avtomobillər model və seqmentlərinə görə fərqlidirlər. Test iki cür həyata keçirilir. Birinci test istehsalçı şirkət vasitəsilə baş tutur. Sonrakı mərhələdə isə test keçirmə xidməti təklif edən şirkətlərə müraciət olunur. Məsələ ondadır ki, test keçirən böyük bir şirkətin müsbət və ya mənfi rəy verməsi avtomobilin satışına ciddi təsir etmir. Bəlkə də cüzi təsir göstərə bilər. Çünki bu testlər öncədən istehsalçının özü tərəfindən keçirilib. Bu zaman həmin modelin xarakteristikası haqqında da tam məlumat verilib. İstehsalçının keçirdiyi testlər zamanı avtomobilin müəyyən hissələrində qüsurlar, həmçinin təhlükəsizlik standartlarına cavab vermədiyi aşkarlanarsa, proses yenilənir. Modelin müəyyən hissələri isə yenidən istehsala gedir".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











