AZ

Azərbaycanda koronavirusa yoluxma SAYI KƏSKİN ARTDI 

2bf6dd8b687c516d5d25625e612c0fbe.jpg
26.01.2021 16:54

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

TED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 229 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 142 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 372 min 616 test aparılıb. Bugünkü test sayı isə 7 807-dur.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox