Dəhşətli şaxta gözlənilir - Avtomobilinizi itirməmək üçün bunu mütləq edin!
Bu qışın ən soyuq günü fevralın 24-ü olacaq. Havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcəyə çatacaq. Bu, çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Bu barədə rəsmi xəbərdarlıq da edilib.
Əksər hallarda şaxtalı hava sonradan sürücülərin kütləvi şəkildə servislərə müraciət etməsi ilə nəticələnir. Külli miqdarda ziyana düşən kim, matoru dəyişən kim...
Mövzu ilə bağlı TED.az-a açıqlama verən avtomobil üzrə ekspert Şahin Göyləroğlu problemdən çıxış yollarını sadalayıb. Bildirib ki, belə hallarda Azərbaycanda, xüsusilə də Bakıda avtomobillərin çoxu işlək vəziyyətdə olur. Xaricdə isə belə deyil: "Ölkəmizdə hava mülayim keçdiyi üçün avtomobillər kəskin temperatura dözümsüz olurlar. Belə hallarda sürücü avtomobilin işlək vəziyyətdə olduğunu düşünsə də, soyuq hava bunu bağışlamır və ciddi fəsad verir. Azərbaycanda çox adam keyfiyyətsiz antifriz və ya su işlədir. Bəzən isə antifriz alsa da, qarşımın əksəriyyəti sudan ibarət olur. Sistemdə, su, keyfiyyətsiz antifriz var, avtomobilin yaşı 10-dan çoxdursa, matorun ana hissəsi, blok və qalovkasında, eyni zamanda soyutma sistemində, radiatorunda, su pompasında 90% hallarda pas olur. Azərbaycanda avtomobillərin 80%-i belədir. Pas isə bu hallarda dözülməz həddə çatır və detalı yerindən tərpədir, yaxud qırır. Məsələn, matorun ana hissələri, qalovka, su pompası çatlayır. Şlanqlar da quruluqdan çatlaya bilər. Belə soyuqlara alışmamışıq".
Mütəxəssis şaxtadan sonra "sağ qalmaq üçün" bir neçə məsləhət verib: "Kimsə avtomobilinə arxayın deyilsə və onu isti qarajda saxlamayacaq, çöldə qalacaqsa, növbəti günlərdə heç olmasa onun suyunu buraxsın. Buna əməl etsələr və iki gün maşını işlətməsələr, avtomobil qarşıdakı iki ildə zərərsiz xidmət göstərər. Əks halda avtomobil köhnə, paslanmağa meyillidir, içərisində keyfiyyətsiz antifriz var, və ya su qarışımı yüksəkdir, soyutma sistemində maye varsa, gecə matorunun çatlama, qırılma ehtimalı var. Bəzən sürücü elə bilir, təhlükə sovuşdu, ona heç nə olmadı. Amma sonradan müxtəlif fəsadlar əmələ gəlir. Qızdırma, müxtəlif maye axıntıları, sükan sistemində axıntılar və s. Çünki avtomobil yaşlı olduğu üçün şaxtaya dözmür. Xəstə adamı da şaxtaya çıxardıqda onun vəziyyəti ağırlaşır. Eyni şey maşında da keçərlidir. Avtomobilinizə güvənmir, sisteminin çürük olduğunu düşünür, heç cür qarşısını ala bilmirsə, yeganə çıxış yolu mayeni axıtmaqdır. Bütün su soyutma sisteminin açıb boşaltsınlar ki, radiator, soyutma sistemi çatlamasın. Çünki bu inanılmaz böyük fəsadlar verir, bir sözlə mator əldən gedir. İki günə görə, bundan sonra bəlkə 30-40 min kilometr gedə biləcək matoru məhv etməsinlər. Bu, Azərbaycanlı sürücü üçün 3-4 il sürmək deməkdir".
Ş. Göyləroğlu xatırladıb ki, bir neçə il öncə də belə şaxta olub və matorların kütləvi dağılması ilə nəticələnib. Çünki maye yanlış və sistem isə çürük idi.
Lamiyə SÜLEYMANLI
TED + bölməsindən digər xəbərlər
Hökumətin casus yazılımı açığa çıxdı
Telefonunuzdakı vidjetlər avtomobilinizə gəlir
Süni İntellekt Axtarış Mühərrikləri Ənənəvi Axtarışları Geridə Qoyur
Apple 4 Trilyon Dollar Dəyərinə Çatdı
iPhone 17 ekran testi nəticələri açıqlandı
Netflix interaktiv dövrə keçir: Canlı səsvermə funksiyası gəlir
Toyota Corolla konsepti ilə qarşımızda
NVIDIA RTX 5090 Founders Edition məyusluq yaratdı
Yeni Kia EV4 GT gəlir: Dizaynı ortaya çıxdı
Redmi Turbo 5 nəhəng batareyası ilə sızdırıldı!
Pixel telefonlara gələcək böyük yeniləmə sızdırıldı
Microsoft Outlook təkamül keçirir
Xiaomi HyperOS 3 qlobal olaraq yayımlandı!
Android planşetlərdə çoxtapşırıq artıq daha asan!
Süni intellektlə iş vaxtı 3 günə enəcək!
Twitter.com domeni artıq tarixə qovuşur
Discord vasitəsilə hər şeyiniz oğurlana bilər!
Tesla Cybertruck: Təxmini istehsal sayı ortaya çıxdı
OnePlus 15 təqdim olundu: Xüsusiyyətləri burada!
OPPO və Google süni zəka sahəsində tərəfdaşlıq elan etdi!
Intel 14A istehsal prosesi uğurla irəliləyir
Nothing Phone (3a) Lite tanıtım tarixi məlum oldu!
Mobil tətbiqlərin yüksəlişi davam edir
Apple-dan 20-ci il inqilabı: iPhone 20 sızmaları ortaya çıxdı!
Çin Steam-ə rəqib oyun platforması yaradır!
Amazon 30 min nəfəri işdən çıxarır!
WhatsApp yeni funksiyasını təqdim etdi
X-in süni intellekt ansiklopediyası Grokipedia istifadəyə verildi
Həftənin ən çox oxunanları
WhatsApp yeni addımlar atır
iPhone 20-nin təqdimatı xüsusi səbəbə görə erkən ola bilər!
Galaxy XR burada Apple ilə rəqabət aparır
Huawei HarmonyOS 6.0 Beta versiyası buraxıldı
macOS Tahoe problemi M1 Mac-ləri sıradan çıxarır
Mark Zukerberq ifadə verəcək!
İlon Maskın NASA administratoruna şok sözləri
Avropada Tesla Model S və Model X İnnovasiyaları
Nubia Z80 Ultra flaqman xüsusiyyətləri ilə təqdim edildi!
Samsung AI eynəkləri üçün böyük tərəfdaşlıq elan edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


