Avtomobildə "plyonka"dan istifadə vacibdir - Ekspert fikirini belə əsaslandırdı
Bu gündən etibarən “Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilib”. Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. Xatırladaq ki, sürücü dayanma və ya durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə edilirdi. Eyni zamanda, avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsi də qadağan edilib. Amma bu, sənaye üsulu ilə olanlara aid edilməyib.
Sözügedən qanun dəyişikliyini TED.az-a şərh edən nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, “Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqinin ləğvi”nin müsbət tərəfi vətəndaşın üzərinə düşən cərimə yükünün bir qədər azalmasıdır: “Məncə, bu qaydanın tətbiq edilməsinin heç bir mənfi tərəfi yoxdur. Sürücü gün ərzində sözügedən qaydaları pozduğuna görə, cərimələnibsə, bu o demək deyil ki, o artıq yenə də qaydaları poza, avtomobili istədiyi yerdə saxlaya, hərəkətin intensivliyinə mane ola bilər. Belə hal əgər təkrarlanarsa, sürücüyə digər maddə ilə cərimə pozuntusu yazıla bilər. Bəzən sürücü məcbur qalaraq avtomnobilini qadağan olunmuş yerlərdə saxlayırdı. Məsələn, avtomobildə müəyyən nasazlıq yaranarkən sürücü məcbur qalıb maşını qadağan olunmuş ərazidə salayırdı və s. Bu zaman o, kameralara vasitəsilə görüntülənərək yaxud da Bakı Nəqliyyat Agentliyinin səyyar nümayəndələri təərfindən cərimə olunurdu. Məncə, bu da bir qədər ədalətsiz qərar idi. Çünki bu kimi hallar sürücüdən asılı olmayaraq baş verən qayda pozuntusu olur. Ona görə müəyyən məqamlarda sürücülərə güzəşt etmək vacibdir”.
Eldəniz Cəfərov qeyd edib ki, avtomobillərin ön şüşəsinin yuxarısına rəngli "plyonka" bərkidilməsinin qadağası mənasız qərardır: “Avtomobillərin ön şüşəsinin yuxarısında rəngli "plyonka"nın bərkidilməsinin qadağan edilməsi lazımsız bir qərardır. Qərar sənaye üsulu ilə olanlara aid edilməyib bu isə qərarı ümumiyyətlə anlaşılmaz edir. Əgər sənaye üsulu ilə olanlara icazə verilirsə, kustar üsulu ilə olanlara niyə icazə verilməsin ki? Bu "plyonka" avtomobilin hərəkət hissəsinə, transmissiyasına heç bir xətər yetirmirsə, heç bir yan təsiri yoxdursa, bu kimi qərarların verilməsinin nə mənası var? "Plyonka" məsələsinə gəldikdə, qeyd edim ki, Azərbaycan isti ölkələr arasındadır. Burada yaz-yay, hətta payızın bəzi aylarında hava çox günəşli olur. Ona görə də bu "plyonka"ların çəkilməsi məsələsi birdəfəlik ləğv edilməlidir. İcazə verilməlidir ki, sürücü ona rahat olan "plyonka"ların çəkilməsini həyata keçirsin. Çünki burada sürücü onu bəzək üçün yerləşdirməyib. O, "plyonka"nı sırf özünü günəş şüalarından qorumaq üçün yerləşdirib”.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Həftənin ən çox oxunanları
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


