NRYTN və “Zəfər” İctimai Birliyi Şəhid analarını ziyarət edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əməkdaşları şəhid analarını ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi artıq bir ənənə halını alıb. TED.az xəbər verir ki, Şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən nazirlik əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.
“Xalqımız onlara qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir. Eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrin kədərini də bölüşür”, – deyə bildirilib.
Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.
Söhbət zamanı analar övladları ilə bağlı xatirələrini bölüşüb, onların vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar. Şəhid anaları qürur hissi ilə vurğulayıblar ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və onların övladlarının ruhları şaddır.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












