“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirilib.
TED.az xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanda dövlət və özəl qurumların fəaliyyətlərində yarana biləcək potensial xətalardan müdafiə, onların yaranma ehtimalının azaldılması və bərpası məqsədilə biznesin davamlılığı prinsipləri ilə tanışlıq və dayanıqlılıq yanaşmasının təbliğidir.
Tədbirdə “AzInTelecom” MMC, "Palo Alto Networks" “Veeam Software”, Norveçin “DNV GL” şirkətlərinin nümayəndələri spiker qismində çıxış edərək bu sahədə öz bilik və faydalı məsləhətlərini iştirakçılarla bölüşüblər. Spikerlər biznesdə yarana biləcək qəfil xəta və gözlənilməz hallara hazır olmaq və çətin şəraitdə fəaliyyəti davam etdirmək üçün biznesin davamlılığı planının vacibliyini vurğulayıblar.
Konfransa Azərbaycanla yanaşı, Türkiyə, İngiltərə, Sinqapur, İsrail, İsveçrə, Hindistan, Almaniya, ABŞ, Norveç, Mavritaniya və digər ölkələrdən qeydiyyatdan keçmiş 41 nəfər iştirakçı qoşulub.
Sonda spikerlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkəti olan “AzInTelecom” MMC il ərzində bu cür faydalı konfransların mütəmadi keçirilməsini planlaşdırır.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











