“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib
15 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. TED.az xəbər verir ki, onlayn formatda baş tutan görüşdə “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platformasının mobil tətbiqinin yeni imkanları İctimai Şuraya təqdim olunub.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bu kimi görüşlərin və müzakirələrin keçirilməsinin vacibliyini vurğulayıb.
Görüş iştirakçılarına “myGov” elektron hökumət portalının mobil tətbiqində yaradılan yeni imkanlar barədə təqdimat edilib. Bildirilib ki, "myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. “Android” istifadəçiləri artıq tətbiqə barmaq izi, “iOS” istifadəçiləri isə həm barmaq izi, həm də üztanıma funksiyası ilə daxil ola bilirlər. "Playstore"dan əldə edilən rəylərə əsasən vətəndaşların yeni xidməti müsbət qiymətləndirdiyi vurğulanıb.
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvləri məlumatlandırmaya görə öz minnətdarlığını bildirərək, optimallaşdırma və təkmilləşdirmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində “myGov”un şəxsi, maliyyə, əmlak, təhsil və digər məlumatlar haqqında vətəndaşı məlumatlandıran şəxsi kabinet əsaslı elektron hökumət portalı olduğu qeyd edilib.
“myGov”-da hesab açan vətəndaşların aşağıdakı üstünlükləri əldə etdikləri bildirilib:
● Sənədlərin fiziki daşınması məcburiyyəti aradan qaldırılır;
● Arayışların yalnız bir mənbədən əldə edilməsi təmin edilir;
● Məlumat və sənədlərə mobil cihaz vasitəsilə də çıxış yaranır;
● Dövlət portallarına bir mənbədən çıxış təmin edilir;
● Vətəndaşlar məlumatlarında dəyişiklik haqqında bildirişlər əldə edir;
● Qurumlarla əks-əlaqə imkanı yaradılır;
Hazırda portalda ümumilikdə 500 mindən çox vətəndaş qeydiyyatdan keçib, xidmətlərdən istifadə sayı təqribən 15.7 milyon təşkil edir. Bura inteqrasiya edilən sistemlərlə birgə “myGov”da vətəndaşlara 700-dən artıq elektron xidmətə çıxış təmin edilir.
Tədbir çərçivəsində, həmçinin elektron hökumət portalından çıxarılan arayış və çıxarışlar istiqamətində aparılan araşdırmanın nəticələri və bu nəticə əsasında hazırlanan təkliflər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Yeni Jeep Compass Tezliklə Gələcək!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

