AZ

Məktəbə qəbul proseduru tam elektronlaşdırıla bilər

2b3e6c48edb5a9cd80973d7e13b6fdd4.jpg
26.04.2021 15:30

"Bu il üçün birinci sinfə qəbulla bağlı keçiriləcək bütün müsahibələr onlayn formada keçiriləcək".

 

TED.az “Report”-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.

 

Onun sözlərinə görə, bu həm də təhsil işçilərinin sağlamlığının keşiyində qalmaq üçün edilir.

 

O.Abbasov bildirib ki, məktəbə qəbulla bağlı olan bütün prosedurların tam elektron qaydada olması üçün iş görülür: “Hesab edirəm ki, növbəti tədris ili üçün bunu etmək mümkün olacaq”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox