Data yarışmasında ilk 3 yerdən 2-nin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri oldu - FOTO
Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara mükafatlar təqdim olunub. Qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məzunları da var. Belə ki, yarışmada Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə, ilk üç yerdən ikisinin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.
TED.az xəbər verir ki, EHİM-in keçirdiyi beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100 illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən 58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.
Data yarışmasında iştirak üçün isə 185 komanda qeydiyyatdan keçib. Belə bir yarışmanın məqsədi Azərbaycandakı data mütəxəssislərinin aşkar edilməsi, onlarla əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələrin reallaşdırılmasıdır. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Platforma 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edir. Müxtəlif fəaliyyət sahələrinə aid data əsaslı məsələlər burada komanda, yaxud fərdi qaydada həll olunur. Tədbir haqqında ətraflı məlumat: LİNK
Xatırladaq ki, IBA Tech Akademiyası 2019-cu ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti Azərbaycan Beynəlxalq Bankında, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin edilib.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Texnologiya bölməsindən digər xəbərlər
Süni intellekt 9-cu avtomobil qalibini seçdi!
OnePlus Pad Go 2 Dimensity 7300 və 5G dəstəyi ilə gəlir
Fiat Ulysse satışa çıxarıldı
Android 16 Yeni Xüsusiyyətlərlə Gəlir
Apple iOS 18 istifadəçilərini iOS 26-ya yeniləməyə təşviq edir
İƏT Yaradıcı Həftə Bakı 2025: CulTech-in yüksəlişi və yeni regional yaradıcılıq ekosistemi
Amazon və Nvidia böyük tərəfdaşlıq elan etdilər!
Mercedes G-Class Convertible-ın yeni şəkilləri paylaşılıb
YouTube Spotify-a bənzər bir funksiyanı təqdim etdi!
"Avatar 3" Filmi Çıxdı
Circle to Search fırıldaqçıları aşkarlayacaq!
Galaxy S26 Ultra Rəngləri Sızdırıldı!
Elektrikli avtomobillərin güc mübarizəsi: Çin şirkətləri güclənir!
2026 Porsche Cayenne Electric Yolsuzluq Qabiliyyəti ilə Gəlir!
Kia EV2-nin satışa çıxarılma tarixi və yeri açıqlandı!
Vivo S50 Pro Mini Geekbench-də Görünür!
Xiaomi 17 Ultra Qabaqcıl Linzalarla Gəlir
Sevimli iPhone Modelinə Vida
Apple-da Süni İntellekt Zəlzələsi!
Tarixdə ilk BMW M avtomobili satışa çıxarılıb.
Samsung-da Yaddaş Böhranı!
Süni intellekt şirkətlərdə fəlakətlərə səbəb olur!
Yaradıcı Mərkəzin “AI4ART”ı nağılları süni zəka ilə ekranlaşdırdı
Xiaomi EV Üçüncü Ardıcıl Ayda 40.000 Avtomobil Təqdim Etdi!
Galaxy Z Fold FE Yolda Ola Bilər!
Samsung Dekabr 2025 Təhlükəsizlik Yeniləməsi Yol Xəritəsi
Opera Gemini Dəstəyi ilə Süni İntellektini Genişləndirir
BDU-da təlim: “Yaradıcılığımı biznesə necə çevirim?”
XREAL 1S Avtomatik 2D-3D Çevrilmə ilə Gəldi!
Həftənin ən çox oxunanları
Apple-ın M5 MacBook-ları və Əlverişli Yeni "MacBook" İddiaları!
Yeni Peugeot 308 Türkiyəyə gəlir
Forza Horizon 6 bu tarixdə gəlir
ChatGPT-nin ən çox istifadə edilən xüsusiyyətləri bunlardır!
OnePlus Ace 6T Snapdragon 8 Gen 5 ilə Gəlir!
Caviar iPhone 17 Pro "Gizli Sevgi" Kolleksiyasını Təqdim Edir!
Gemini masaüstü tətbiqi gəlir!
ChatGPT Axtarışa Əsaslanan Reklam Sistemini Sınayır!
Nothing OS 4.0 bu cihazlara gəldi!
Windows 11 yenə dəli oldu!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

