Bakı Ali Neft Məktəbinin beynəlxalq müsabiqələrdə qalib gələn tələbələri mükafatlandırılıb
TED.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun əmri ilə, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunun, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsinin qalibləri olan BANM tələbələri mükafatlandırılıb.
Belə ki, “Enactus BANM” komandasının kapitanı IV kurs tələbəsi Günel Hüseynli, komanda üzvləri III kurs tələbələri Mirkazım Ağayev, Taliyə Məmmədhəsənzadə, Şükran Əlizadə, IV kurs tələbəsi Fidan Aslanova və MBA üzrə təhsil alan Pakizə Talıblı, “Petrobowl” regional yarışında müxtəlif ölkənin 22 komandası arasından I yerə çıxan “SPE BHOS” komandasının üzvləri Toğrul Tahirov, Kənan Məmmədov, Rəhimə Abbasova, Elnur Əskərov və Xalid Orucov hər biri BANM Həmkarlar İttifaqının hesabına 200 manat məbləğində pul mükafatı əldə edib.
Xatırladaq ki, Respublikanın 18 universitetinin iştirak etdiyi “Enactus Azərbaycan Yaz Məktəbi”-nin “Sual-Cavab” müsabiqəsində Bakı Alı Neft Məktəbinin komandası verilən bütün sualları doğru cavablayaraq I yerin qalibi olmuşdur. Bundan başqa, BANM tələbələri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının regional turunda I yerə layiq görülmüşdür.
Hər iki qalibiyyət münasibətilə keçirilən onlayn görüşdə BANM-in professor-müəllim heyəti, tələbələri, qalib komandaların üzvləri və onların valideynləri iştirak edib.
Komandaları ürəkdən təbrik edən rektor Elmar Qasımov onların uğurunu yüksək qiymətləndib, hər zaman Ali Məktəbi və ölkəmizi istər regional, istərsə də beynəlxalq səviyyədə layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkür edib. O, Ali Məktəbin tələbələrinin dərin biliklərlə yanaşı, həm də xüsusi istedad və bacarığa sahib olmalarıyla da qürur duyduğunu qeyd edib.
Daha sonra komanda üzvləri qalib gəldikləri yarışlar, hazırlıq prosesi barədə məlumat verib və təəssürratlarını bölüşüblər.
Elm bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












