Ay ərzində internetə nə qədər məbləğ xərcləyirik? SORĞU
Aparılan təhlil göstərir ki, son 1 ildə pandemiya şərtləri ölkədə internetə tələbatı və provayderlərin xidmət keyfiyyəti ilə bağlı axtarış sorğularını kəskin artırıb. Mövzunun aktuallığı nəzərə alınaraq Media Təhlil Mərkəzi tərəfindən 25-30 aprel tarixlərində internet provayderlərinin fəaliyyəti ilə bağlı sorğu keçirilib.
TED.az xəbər verir ki, sorğuda iştirak edən 721 respondentin 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.
Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 59%-i evdə DSL-dən, yəni telefon xətti üzərindən çəkilən WiFi şəbəkəsindən, 28%-i internet və TV xidməti göstərən provayderlərdən, 13%-i isə mobil internetdən istifadə edir.
İştirakçıların 75,4%-i telefon xətti üzərindən çəkilən internet xidmətinin sürətinin zəif olduğunu qeyd etsələr də, respondentlərin 2,8%-i tam razılığını, 20,4%-i isə qaneedici olduğunu bildiriblər. Cavab verənlərin 1,4%-i isə DSL internet abunəçisi olsa da, xidmətdən istifadə etmir.
Respondentlərin 11%-i mobil internetin keyfiyyətindən tam razıdır. Cavab verənlərin 44%-ini mobil internet xidmətləri qane edir. Sürətin zəif olmasından şikayətlənənlər respondentlərin 38%-ni təşkil edir. İştirakçıların 7%-i isə mobil internetdən istifadə etmir.
Evdə istifadə edilən internet provayderinə ödənilən məbləğlə bağlı suala verilən cavablar aşağıdakı kimidir:
11-15 AZN (33%);
16-20 AZN (29%);
10 AZN (21%);
21-30 AZN (9%);
30 AZN-dən çox (4%);
İstifadə etmirəm (4%).
Sorğu iştirakçıları ay ərzində mobil internetə xərclədikləri məbləği də açıqlayıblar. Cavablara görə göstəricilər belədir:
6-10 AZN (28%);
1-5 AZN (25%);
11-20 AZN (21%);
İstifadə etmirəm (12%);
21-30 AZN (8%);
30 AZN-dən çox (7%).
Sorğuda iştirak edən kişilərin 21, qadınların 32 faizi ay ərzində mobil internetə 1-5 manat xərclədiklərini qeyd ediblər.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












