Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır
TED.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Neft-qaz geologiyası və mühəndisliyi” konfransı öz işini yekunlaşdırıb.
Konfrans çərçivəsində “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi” bölmələr üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib.
Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 46 tezis qəbul edilib.
Konfransın ayrı-ayrı bölmələri üzrə artıq qaliblər də müəyyənləşib.
“Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi” bölməsi üzrə BANM tələbələri Orxan Məmmdov, Vüsal Kərimov , eyni zamanda, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusunun tələbəsi Nandana Ramabhadra I yerə, Umid Əbdurahmanov (BANM), Əliyeva Türkan (BANM), Əliyev Katib (BANM), Toğrul Tahirov (BANM) II yerə, Aytac İsgəndərova (BANM) və Leyla Abdullayeva (BANM) isə III yerə layiq görülüblər.
Beynəlxalq konfransa eyni zamanda, Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxstan-Britaniya Texniki Universitet kimi xarici universitetlərdən də tezislər qəbul olunub.
“Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi” bölməsinin qalibi Əsəd Səfərov (BANM),II yerin sahibi Bəşir Sultanov (ADNSU), III yerdə Cavad Əliyev olub.
Konfransın sponsorları qismində Bakı Ali Neft Məktəbi, bp, “Baker Hughes”, “SOCAR Polymer”, “SOCAR AQŞ” şirkətləri çıxış edib.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












